Müəlliflər üçün təlimatlar

Müəlliflər üçün təlimatlar
Məqalələr azərbaycan, rus və ingilis dillərində qəbul edilir.
Təqdim olunan məqalə Microsoft Word proqramında yazılmalıdır. Həcm 5 səhifəyə qədər, format A4, şrift   Times New Roman, ölçü 14, hər tərəfdən 2,0 sm, 1,5 interval, abzas 1,25 olmalıdır.
Açar sözlər ədəbiyyat siyahısından əvvəl göstərilməlidir. Əgər material azərbaycan və ya rus dilində təqdim edilirsə, məqalənin sonunda ingilis dilində xülasə əlavə olunmalıdır.
Müəlliflər ORCID https://orcid.org/ qeydiyyatdan keçərək elmi araşdırma sisteminin istifadəçəsi olmalı;
Məqalənin strukturu aşağıdakı kimi olmalıdır.
 
Məqalənin adı böyük hərflərlə, qalın şriftlə (ölçü 14)
Müəllifin soyadı, adı, atasının adı qalın şriftlə (ölçü 14)
Təşkilat və şəhərin adı adi şriftlə (ölçü 12)
Məqalənin mətnində qaynaqlara istinad, kvadrat mötərizədə nömrə ilə (istinadın ədəbiyyat siyahısındakı nömrəsinə müvafiq olaraq) verilir (məs.: [1], [2]). İstifadə olunan ədəbiyyatın siyahısı məqalənin sonunda, əlifba sırası ilə və nömrələnməklə (kvadrat mötərizədə) verilir (ölçü 14).
 
Məqalənin formatı:
Giriş
Tədqiqatın məqsədi
Mətnin əsas hissəsi
Nəticələr
Müzakirə və ya tövsiyələr
İstinadlar
Məqalənin təsdiqi
Məqalələr 6 ay gözləmək şərti ilə il ərzində qəbul olunur.