Jurnalın Tələbləri
“AZƏRBAYCAN AQRAR ELMİ” JURNALININ NİZAMNAMƏSİ
I..ÜMUMİ QAYDALAR
1.1.”Azəbaycan aqrar elmi” jurnalı ( bundam sonra jurnal adlanacaq) Respublika dövrü nəşrlərindən biri olmaqla jurnalda dərc olunan materialların əsasında aqrar sahədə elmi və elmi-nəzəri məsələlər təşkil edir.
1.2.Daimi ada malik “Azərbaycan aqrar emi “ jurnalı idə 6 dəfədən az olmayaraq 7 çap vərəqi həcmində nəşr olunur.Jurnalda materiallar Azərbaycan və rus dillərində çap edirilir.
1.3.Nəşr olunmuş jurnallar imzalanmış müqaviləyə əsasən Elmi-tədqiqat institutları və digər müəssisələr arasında böyüdülmüşdür.
1.4 Jurnal ictimai həyatın elmi və istehsalat iqtisadi məsələlərinin işıqlandırılmasında fəal iştirak edir.
1.5 Jurnalın üzərinə düşən vəzifə və məsələlər təsisçi tərəfindən müəyyənləşdirilmişdir,redaksiya heyəti tərəfindən həyata keçirilir.
1.6 Jurnalın təsisçisi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyidir.
1.7 Redaksiya Kənd Təsərrüfatı Nazirliyinin orqanı olmaqla öz fəalliyyətinin Nizamnaməsinə və “Kütləvi İnformasiya Vasitələri haqqında” Azərbaycan Respublikası Qanuna uyğun həyata keçirir.
1.8 Jurnal sərbəst maliyyə balansına malik olub, təsərrüfat hesabı ilə fəaliyyət göstərir.
1.9 Jurnalın Banklarda hesablaşma hesabı, möhürü, fərd blankı, günc ştampı vardır.
II TƏSİSÇİNİN ƏSAS VƏZİFƏLƏRİ
2.1Jurnalın istiqamətinin müəyyənləşdirir və onun fasiləsiz çap olmasına müntəzəm yardım göstərir.
2.2.Baş redaktoru, redaksiya heyətinin üzvlərinin və ştat cədvəlinin təsdiq edir.
2.3.Mövcud qanunlar çərçivəsində jurnalın redaksiyasına maddi təsərrüfat və ictimai sosial təminatların öyrənilməsində köməklik göstərir.
2.4 İmkan daxilində müstəqil respublikaların və başqa ölkələrin eyni profilli jurnalları ilə əlaqə yaratmaq, onların təcrübələrini öyrənmək üçün lazımlı şərait yaradır.
III REDASİYA HƏYƏTİ
3.1 Jurnalın fəaliyyətinə kollektiv rəhbərliyi təmin edir.
3.2 Redaksiya heyətinin tərkibi təsisçi tərəfindən təsdiq edilir.
3.3 Jurnalın redaksiya heyətinin tərkibinə baş redaktor, redaktor ,məsul katib və jurnalın profilinə müvafiq aparıcı alim və ya mütəxəsislər daxil edilir.
3.4 Redaksiya heyəti üzvlərinin ad və soyadları jurnalda verilir.
3.5 Redaksiya heyəti üzvlərinin sayı nəşri həcmindən, mövzu müxtəlifliyindən, bölmə və respublikaların sayından asılı olaraq müəyyənləşdirilir.
3.6 Redaksiya heyətinin iclasları ildə bir neçə dəfə keçirilir və protolkolla təsdiqlənir. İclasda redaksiya heyətinin fəalliyyəti və jurnalda dərc ediləcək məqalələr müəyyənləşdirilib təsdiq edilir.
3.7 Redaksiya heyəti iclaslarında tərkibin üçdə ikisi iştirak etməlidir.Onlar iclasda növbəti fəaliyyəti ilə bağlı digər məsələləri müzakirə edirlər.
IV. REDAKSİYA HEYƏTİ ÜZVLƏRİNİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ
4.1 Çap üçün təqdim olunan materiallarla tanış olur, onların müzakirəsində iştirak edir, öz fikir və mülahizələrini bildirir, onların həyata keçirilməsini təmin edir.
4.2Jurnalın fəaliyyəti ilə bağlı bütün tədbirlərdə iştirak edir.
4.3 Redaksiya heyətinin tapşırığı ilə jurnalın səhifələrində çıxış etmək və yaxud günü aktual problemləri ilə bağlı materiallar hazırlayıb tədqim etmək.
V. JURNALIN REDAKSİYASI
5.1 Öz fəaliyyətinin “Kütləvi informasiya vasitələri haqqında”
Azərbaycan Respublikasının Qanun və Kənd Təsərrüfatına dair başqa qanunlar, Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin əmrləri və göstərişləri, habelə redaksiya heyətinin qərarları əsasında qurub tənzimlənir, onları əldə rəhbər tutaraq aşağıdakıları həyata keçirir;
-məqalə və məktubların redaksiyaya daxil olmasını ciddi nəzarətdə saxlayır, 3 ay müddətində həmin məqalələr haqqında redaksiya öz fikrini bildirir.
-tələbata cavab verən materialları jurnallarad dərc etmək üçün hazırlayır, jurnalın vaxtında və keyfiyyətli çıxmasını təmin edir.
-müəlliflərin məqalələri rəyə çıxarmadan qəbul edir və yaxud geri qaytarır. Xəbəbini göstərməklə bu barədə müəlliflərə məlumat verir.
-jurnalın vaxtlı-vaxtında və keyfiyyətli çıxmasına məsuliyyət daşıyır.
-qürbətdə olan mövcud qanunlar çərçivəsində əməkdaşları mükafatlandırmaq, cəzalandırmaq, məzuniyyət vermək, ezamiyyətə göndərmək,( jurnala illik ayrılmış vəsait hesabına rüblük ayrılmalar əsasında ) və başqa səahiyyəti olan məsələlər barədə əmr və sərəncamalar verir.
-mövcud qanunçuluqda, istehsalat tələbatına uyğun redaksiya əməkdaşlarının vəzifələrini təsdiq edir.
-əmək qanunçuluğu əsasında redaksiyaya işçi qəbul edir, işdən azad edir. Müxtəlif tapşırıqları yerinə yetirmək məqsədilə qanun çərçivəsində redaksiyaya ştatdan kənar yaradıcı və texniki işçilər cəlb edir.
5.2 “Jurnal”-ın maliyyə ehtiyatlarının formalaşması aşağıdakı mənbələr hesabına yaranır:
-müqavilə və kontrakt əsasında yerinə yetirilmiş işin müqabilində sifarişçidən alınan vəsait.
-ayrı-ayrı təşkilatlardan, elmi tədqiqat müəssisələrindən ayırmalar.
-ayrı-ayrı şəxslərin, təşkilatların,müəssisə və idarələrin könüllü yardımı və s.
5.3.Maliyyə ehtiyatlarının xərclənməsini qəbul edilmiş qaydaya müvafiq keçiri ,jurnalın fəaliyyətində olan norma üzrə müəyyənləşdirilmiş vəsaitin tənzimlənmələr (qonorar da daxil olmaqla ) müəlliflərin mükafatlandırılması üçün sənədləri təsdiqləyir.
5.4 Redaksiya maddi stimullaşdırma fondu yaradır və əməkdaşlarının müəyyən olunmuş qaydada mükafatlandırılması həyata keçirir.
5.5 Çap olunmuş jurnalların nüsxələrindən mütləq (KİV haqqında qanun maddə 23) dövlət orqanlarına, müəssisələrinə ə ictimai təşkilatlara təqdim edir.
5.6 Jurnalı vaxtlı-vaxtında çıxması üçün materiallar toplayıb hazırlayır, jurnalın redaksiya heyəti və redaksiya kollektivi təsisçi tərəfindən müəyyənləşdirilmiş profilə uyğun jurnalın çıxması üçün cavabdehlik daşıyır.
5.7 Jurnalın yaradılması, fəaliyyəti dayandırılması, adının, qayəsinin, profilinin, dövriiyinin, həcminin dəyişdirlməsi təsisçi tərəfndən həyat keçirilir.