Rəy Prosessi
Jurnala təqdim olunan məqalələr ilkin olaraq redaktor tərəfindən yoxlanılır. Bu mərhələdə məqalənin keyfiyyəti jurnala uyğun deyilsə, məqalə rəysiz geri qaytarıla bilər. Qısa müddətdə imtina cavabını alan müəlliflərə redaktor tərəfindən rəy prosesinə ehtiyac olmaması ilə bağlı məlumat verilir.
Rəy prosesinə qiymətləndirmə üçün qəbul edilən məqalələr bəzi hallarda, ikili və ya üçlü rəy prosesinə də göndərilə bilər. Əldə edilən rəy nəticələrinə uyğun olaraq, redaktor məqalə ilə bağlı öz qərarını verir. Bu istiqamətdə bizim strategiyamız rəy prosesi nəticəsində məqalələr ilə bağlı əldə edilən konstruktiv nəticələri mümkün olduqca qısa müddətdə müəlliflərə göndərməkdir.

Rəy prosesi aşağıdakı kimidir:
- Müəllif məqalə təqdim edər və məqalə Redaksiya Heyəti tərəfindən nömrələnir,
- Məqaləyə Redaktor təyin edilir,
- Redaksiya Heyəti məqalənin rəy prosesinə göndərib-göndərməyəcəyinə qərar verir,əgər ki, məqalənin qəbul olunmaması ilə bağlı qərar verilirsə, redaktor müəlliflə əlaqə yaradıb məlumat verir,
- Qəbul olunursa,redaktor məqaləyə uyğun rəyçilər təyin edir və bu haqda müəllifə məlumat verilir.
- Rəyçilər məqaləni rəydən keçirməyə icazə verər,
- Bəlli bir müddətdən sonra rəyçilər rəy haqqında Redaktora rəsmi məlumat göndərir,
- Redaksiya Heyəti daxil olan rəy haqqında müzakirələr aparır və redaktor son qərarı verir.Bu proses müddətində rəyçilər əlavə konsultasiyalara da cəlb oluna bilərlər və redaktor rəyçilərlə araçı olaraq əlaqə qurar,
- Son qərarla bağlı redaktor müəllifə məlumat verir,
- Əgər ki, məqalə qəbul olunmayıbsa, müəllif məqaləni başqa bir jurnala göndərə bilər.Məqalə rəy prosesindən keçmişdirsə, müəllif rəy nəticələrini də göndərə bilər.