Azərbaycan şəraitində ikiqanadlılar (diptera) dəstəsinin dənli taxıl bitkilərinə ziyan vuran növləri





Müəllif

Namilə Əzizova

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Əkinçilik Elmi-Tədqiqat İnstitutu, biologiya üzrə fəlsəfə doktoru, dosent. 

E-mail: [email protected]  
https://orcid.org/0000-0002-6235-8660
 
Xülasə
 
Son illər respublikanın bir çox bölgələrində taxıl əkinlərində Taxıl milçəklərinin  yayılması və zərərvericiliyinin artması müşahidə olunmuşdur. Bu səbəbdən onların tədqiq olunması üçün zərurət yaranmışdır. 
Məqalədə 2015-2019-cı illərdə İkiqanadlılar dəstəsinin dənli taxıl əkinlərinə zərər vuran növləri, onların yayılması, zərərvericiliyi və onlara qarşı aparılan mübarizə tədbirlərinə dair məlumatlar verilmişdir. Aparılan tədqiqat və müşahidələrə əsasən, respublikanın müxtəlif taxılçılıq bölgələrində taxıl əkinlərində İkiqanadlılar dəstəsinə mənsub olan  5 fəsiləyə aid 11 növ müəyyən olunmuşdur.     Bunlardan taxıl bitkilərinə     vegetasiya dövründə İsveç milçəyi, Yaşılgöz milçək, Sarı taxıl mığmığası kimi  növlərin ciddi ziyan vurması müəyyən olunmuşdur. Taxıl milçəklərinə qarşı mübarizə tədbiri məqsədilə profilaktiki olaraq, aqrotexniki tədbirlərin     aparılması, zərərvericilərin kütləvi yayıldığı ərazilərdə kimyəvi mübarizə tədbiri kimi toxum materialının dərmanlanması və vegetasiya müddətində effektiv insektisidlərin çilənməsi göstərilmişdir. Hazırda taxıl milçəklərinə qarşı mübarizədə toxumun dərmanlanması üçün neonikotinoidlərə - tiametoksam və imidakloprid tərkibli insektisidlərin istifadəsi əsas rol oynayır. Sistem təsirli olması səbəbi ilə bu preparatlar bitkiləri milçəklərin sürfələrindən etibarlı şəkildə qoruya bilər.  
 
 Açar
sözlər
 
Payızlıq buğda, ikiqanadlılar, zərərverici, zədələnməsi, kimyəvi mübarizə, insektisid.
 
DOI
 
10.29932/agroaz/20.07
 
Məqaləyə
 istinad
 
Əzizova N. (2020) Azərbaycan şəraitində ikiqanadlılar (Diptera) dəstəsinin dənli taxıl bitkilərinə ziyan vuran növləri. «Azərbaycan Aqrar Elmi». № 1
 
   Məqalə
tarixçəsi
 
Göndərilib — 13.07.2020; Qəbul edilib — 14.08.2020



Quba-xaçmaz iqtisadi rayonu şəraitində alma ballicasinin (psylla mali schm.) inkişaf dinamikasina uyğun mübarizə tədbirləri sisteminin tətbiqi

MüəllifNardan Sadıqova
Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu, böyük elmi işçiE-mail: [email protected]
https://orcid.org/0000-0002-9550-7693
 
Xülasə
 
Məqalədə alma bitkisinin təhlükəli zərərvericisi olan alma ballıcasının (Psylla mali Schm.) bioloji inkişafı və fenologiyası, entomofaqları, sort davamlılığı, mübarizə tədbirlərinin vaxtı haqqında məlumat verilir. Müşahidələr vasitəsi ilə zərərvericinin kütləvi zərərvurma dövrünün aprel ayının 1-ci ongünlüyündən başlayaraq avqust ayının sonuna kimi davam etdiyi müəyyənləşdirilmişdir. Zərərvericiyə qarşı mübarizədə entomofaqlardan istifadənin üstünlüyü araşdırılmış, ən çox yayılmış növlərin Psallus ambiguus Fall., Adalia bipunctata L., Coccinella quinquepunctata L., Chrysoperla carnela, Antokoris nemorem L., Chilocorus bipusulatus olduğu təyin edilmişdir. Entomofaqların sıx olduğu ərazilərdən toplanaraq alma ballıcası ilə sirayətlənmiş bitkilər üzərində miqdarının çoxaldılması zərərvericinin say tərrkibinin 20-25% azalmasına səbəb olmuşdur. Aparılmış tədqiqat işlərinin nəticələrinə görə bəzi introduksiya olunmuş (Qranni Smit, Yeva, Şampan reneti), seleksiya (Azərbaycan, Məxməri, Vətən, Qızıltac, Çıraqqala) xalq seleksiyası (Qızıl Əhmədi) sortlarının digər sortlara nisbətən alma ballıcasına qarşı davamlılığı müəyyənləşdirilmiş və bu sortların yeni meyvə bağlarının salınmasında istifadəsi tövsiyə olunmuşdur. Zərərvericiyə qarşı Mostar 20%, Confidor SC 350 və Calypso OD 240 preparatlarının səmərəliliyi müəyyənləşdirilmiş, ən yüksək nəticə Confidor SC 350 və Calypso OD 240 preparatlarının tətbiqindən əldə olunmuşdur (93,6-93,2%). 
 
Açar
sözlər
 
Alma bitkisi, alma ballıcası, entomofaq, sort, insektisid.
 
DOI
 
10.29932/agroaz/20.08
 
Məqaləyə
istinad
 
Sadıqova N. (2020) Quba-Xaçmaz iqtisadi rayonu şəraitində alma ballıcasının (Psylla mali Schm.) inkişaf dinamikasına uyğun mübarizə tədbirləri sisteminin tətbiqi. «Azərbaycan Aqrar Elmi». № 1
Məqalə
tarixçəsi
 
Göndərilib — 06.07.2020; Qəbul edilib — 07.08.2020
                                             



Pomidorun ölkəmizin torpaq – iqlim şəraitinə uyğun heterozis effektli yeni f1 hibridlərinin yaradılması perspektivləri




MüəlliflərMəcid Adıgözəlov
Azərbaycan Respublikası, Kənd Təsərrüfatı Nazirliyi, Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun “Toxumuçuluq” şöbəsinin böyük elmi işçisi , Azərbaycan
E-mail:  [email protected] 
https://orcid.org/0000-0002-0016-6217
 
Sevda  Adıgözəlova
Azərbaycan Respublikası, Kənd Təsərrüfatı Nazirliyi, 
Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu. Azərbaycan
E-mail:  [email protected] 
https://orcid.org/0000-0002-3029-1094
 
Xülasə
 
Pomidorun ölkəmizin torpaq-iqlim şəraitinə uyğun heterozis effektli yeni F1 hibridlərinin yaradılması perspektivləri” adlı məqalədə müəlliflər Məcid Adıgözəlov və Sevda Adıgözəlova, dünyada ekoloji mühitin pozulması və digər səbəblərlə əlaqədar olaraq bitki növlərinin, bioloji müxtəlifliyin, o cümlədən elmi seleksiya yolu ilə alınmış və ölkəmizdə rayonlaşdırılmış, hazırda itmək təhlükəsində olan pomidor sortlarının qorunmasının, bərpasının və seleksiya proqramlarına cəlb edilməsinin vacibliyini, tərəvəz, o cümlədən pomidor sort və hibridlərinin toxumlarının  Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində yaradılmış Milli Genbankda etibarlı şəkildə mühafizə olunmasından, heterozis effektli F1 hibridlərinin yaradılmasında başlanğıc material kimi bu toxumlardan istifadə olunmasının adaptasiya nöqteyi-nəzərincə əhəmiyyətini qeyd edirlər.
 Məqalədə eyni zamanda aparılan fərdi seçmə metodundan istifadə edilərək sorta xas ən tipik bitkinin seçilməsi ilə saf xətlərin alınması metodikası, tədqiqat işinin davamı olaraq, alınmış saf xətlər üzərində aparılmış məqsədyönlü çarpazlaşdırılmalar haqqında məlumat verilir.  
Həmçinin  sortun genetik mənşəyindən və yerli aqroekoloji faktorların təsirindən asılı olaraq onların yaradılmasının metod və üsulları haqqında müasir elmi hipotezlərin ümumi və fərqli cəhətləri verilmişdir. Sortların sort xüsusiyyətlərinin davamlı olması üçün vaxtaşıri sorttəzələmə və sorttəmizləmə əməliyyatlarının, alınmış saf xəttli toxum nümunələrinin Milli Genbanka təhvil verilməsinin vacıb olduğu, haqqında məlumatlar da öz əksini tapır.
Əhalinin ekoloji cəhətdən təmiz, yüksək dad keyfiyyətinə malik, məhsuldar, xəstəlik və zərərvericilərə qarşı dözumlu, saxlanmağa və daşınmağa davamlı yerli pomidor sort və hibrid toxum materialı ilə təmin edilməsinin, respublikamızda tərəvəzçiliyin dayanıqlı inkişafının yeni heterozis effektli Fhibridləri ilə davam etdirilməsinin məqsədəuyğunluğu göstərilir.
 
Açar sözlər
 
Pomidor, biomüxtəliflik, saf xətt, heterozis, hibrid
 
DOI
 
10.29932/agroaz/20.05
 
Məqaləyə istinad
 
Adıgözəlov M.,  Adıgözəlova S., (2020)  Pomidorun ölkəmizin torpaq – iqlim şəraitinə uyğun heterozis effektli yeni f1  hibridlərinin yaradılması perspektivləri “Azərbaycan Aqrar Elmi jurnalı” № 1 (   ) səh.
 
Məqalə tarixçəsi
 
Göndərilib -06.07.2020 ; Qəbul edilib – 07.08.2020



Günəş şüası enerjisinin bitkilər tərəfindən mənimsənilməsinə torpaq quraqlığının təsiri




MüəlliflərMaarif Yusifov
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu, aqrar elmləri doktoru, Azərbaycan
E-mail: [email protected] 
https://orcid.org/0000-0003-0053-2771 
 
Ələmdar Əsgərov
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu biologiya üzrə fəlsəfə doktoru, dosent , Azərbaycan
E-mail: [email protected] 
https://orcid.org/0000-0002-1665-6819
 
Fəxrəddin Ağayev
Azərbaycan Respublikası, Kənd Təsərrüfatı Nazirliyi, Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu,üzrə fəlsəfə doktoru, dosent , Azərbaycan
E-mail: [email protected] 
https://orcid.org/0000-0002-9668-072X 
 
Xülasə 
 
Məqalədə tərəvəz noxudu sort nümunələrində bioloji kütlənin toplanmasına, onda toplanmış günəş enerjisinin miqdarına və fotosintetik fəal şüadan (FFŞ–dən) səmərəli istifadə əmsalına (Fə) torpaq quraqlığının təsir etməsinin nəticələri şərh olunur. Aparılan tədqiqat nəticəsində müyyən edilmişdir ki, bioloji kütlənin, onda toplanmış günəş enerjisinin və FFŞ–dən səmərəli istifadə əmsalının ən kiçik qiyməti vegetasiyanın əvvəlinə təsadüf edir, qönçələmə fazasına keçid bu göstəricilərin qiymətinin kəskin şəkildə artmasına səbəb olur (orta hesabla 6-10 dəfə və bəzən də daha artıq), çiçəkləmə fazasına keçid bu göstəricilərin artım sürətinin nisbətən azalması ilə müşayiət olunur. Tərəvəz noxudu sort nümunələri üzrə bioloji kütlənin sutkalıq artımının və onda toplanmış günəş enerjisinin və eyni zamanda FFŞ – dən səmərəli istifadə əmsalının (Fə) maksimal həddi isə dənin əmələ gəlməsi və formalaşması inkişaf fazasında, yəni mayın sonunda qeydə alınır. Bu zaman suvarılan sahədə sortların bioloji təbiətindən asılı olaraq müyyən fərqlər aşkar edilir. Belə ki, 29/1 və 64/3 sort nümunələrində bioloji kütlənin sutkalıq artımının və onda toplanmış enerjinin maksimal səviyyəsi dənin mum yetişkənliyi fazasında müşahidə edilir (nümunələr üzrə müvafiq olaraq 348,9 və 1295,6; 328,5 kq/ (ha və 1528, o min kkal/ha). Aşkar edilmişdir ki, torpaq quraqlığı bitkilərdə bioloji kütlənin sutkalıq artımına, onda toplanmış günəş enerjisinin miqdarına və FFŞ – dən səmərəli istifadə əmsalının qiymətinə azaldıcı təsir göstərir. Bütövlükdə həm suvarılan, həm də suvarılmayan sahədə belə bir qanunauyğunluq müşahidə edilmişdir ki, bitkilər tərəfindən fotosintez prosesində günəş şüası enerjisinin mənimsənilməsi səviyyəsi yüksəldikcə, yaranmış bioloji kütlənin, onda toplanmış günəş enerjisinin miqdarı və FFŞ – dən səmərəli istifadə əmsalının artması baş verir. Aşkar edilmişdir ki, bitkilər tərəfindən fotosintez prosesində günəş şüası enerjisinin mənimsənilməsi yüksəldikcə, yaranmış bioloji kütlənin miqdarı da artır. Bu zaman fotosintetik fəal şüadan (FFŞ) istifadə əmsalı da yüksəlmişdir. Bioloji kütlənin sutkalıq artımı, onda toplanmış günəş enerjisi və FFŞ-dan səmərəli istifadə əmsalı - Fə bitkilərin inkişaf fazalarından, sort nümunələrin bioloji xüsusiyyətlərindən və suvarma rejimlərindən asılı olaraq geniş miqyasda dəyişməyə məruz qalmışdır. Torpaq quraqlığı bütün göstəricilərə azaldıcı təsir göstərmişdir
 
Açar sözlər
 
Günəş enerjisi, torpaq quraqlığı, fotosintez, fəal şüa, bioloji kütlə, fəal şüadan istifadə əmsalı (Fə).
 
DOI
 
10.29932/agroaz/20.04
 
Məqaləyə istinad
 
Adıgözəlov M.,  Adıgözəlova S., (2020)  Pomidorun ölkəmizin torpaq – iqlim şəraitinə uyğun heterozis effektli yeni f1  hibridlərinin yaradılması perspektivləri “Azərbaycan Aqrar Elmi jurnalı” № 1 
 
Məqalə tarixcəsi
 
Göndərilib – 10.08.2020 ; Qəbul edilib – 11.09.2020



Quraqlıq stresi şəraitində müxtəlif bərk və yumşaq buğda genotiplərinin yüksək məhsuldarlığını şərtləndirən əlamətlərin müəyyən edilməsi fonunda morfofizioloji və aqronomik göstəricilərinin tədqiqi




Müəllif Təmraz Təmrazov 
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Əkinçilik Elmi-Tədqiqat İnstitutu, biologiya üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan
E-mail: [email protected]     
https://orcid.org/0000-0002-2658-5284
 
Xülasə
 
Məqalədə əsasən öyrənilən buğda genotiplərində su stressinin yaranması  zəmnində bitkilərdə gedən əsas fizioloji parametrlərin məhsuldarlıq göstəriciləri ilə müqayisəsi təhlil edilmişdir. Vegetasiyanın çicəkləmə fazasından sonra bitkidə gedən fotosintez prosesində sürətli bir azalma baş vermişdir ki, bu da yarpaqların ağızcıqlarının keçiriciliyi və təmiz karbon qazı assimilyasiyasında azalma səbəbiylə, mövcud assimliyatların dən məhsuluna daşınmasını məhdudlaşdırmışdır. Müəyyən edilmişdir ki, bitkilərdə gedən fotosintezin kəskin azalması və ontogenezin sonunda dayanması müəyyən dərəcədə quraqlığın təsiri nəticəsində xlorofilin miqdarının azalması və onun strukturunun pozulması ilə əlaqədar olmuşdur. Quraqlığa həssas olan genotiplərlə müqayisədə, davamlı genotiplərdə ağızcıqların keçiriciliyi və transpirasiya sürətində daha çox azalma, lakin stress şəraitində isə fotosintezin sürətində də  azalma müşahidə olunmuşdur.  Müxtəlif illərdə aparıalan tədqiqat nəticələrinə əsasən yetişmə müddətinə görə fərqlənən genotiplərdə çiçəkləmə fazasından sonra yaranan su stresi  nəticəsində dən məhsuldarlığı və 1000 dənin çəkisinin orta hesabla 30-35 %  azalması ilə nəticələnmişdir. 
 
Açar
sözlər
 
Məhsuldarlıq, quraqlıq amili, buğda genotipləri, morfofizioloji əlamət, yetişmə müddəti
        
 DOI
 
10.29932/agroaz/20.03
 
Məqaləyə istinad                            
 
Təmrazov T. (2020) Quraqlıq stresi şəraitində müxtəlif bərk və yumşaq buğda genotiplərinin yüksək məhsuldarlığını şərtləndirən əlamətlərin müəyyən edilməsi fonunda morfofizioloji və aqronomik göstəricilərinin tədqiqi . “Azərbaycan Aqrar Elmi”. № 1
 
Məqalə       
tarixçəsi
 
Göndərilib —08.07.2020 ; Qəbul edilib — 09.08.2020


Yemiş və qarpız bitkisinin xəstəlikləri və onlara qarşi mübarizə tədbirləri

MüəlliflərElmar Allahverdiyev
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu, Azərbaycan
E-mail: [email protected] 
https://orcid.org/0000-0002-6515-4188
 
Ramil Nəbiyev
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi,Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu, Azərbaycan
E-mail: [email protected] 
https://orcid.org/0000-0001-9190-6147
 
Xurşud Məmmədova
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu, Azərbaycan
E-mail: [email protected]
https://orcid.org/0000-0003-0332-7431
 
Afaq Rəcəbli
Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun “Bitki mühafizəsi” laboratoriyası, Azərbaycan
 E-mail: [email protected] 
https://orcid.org/0000-0003-1040-1687
 
Xülasə
 
Məqalə ”Yemiş və qarpız bitkisinin xəstəlikləri və onlara qarşı mübarizə tədbirləri” adlı məqaləsində yemiş və qarpız bitkisinin qida məhsulu kimi əhəmiyyəti, bu bitkilərin xəstəlikləri və onlara qarşı mübarizə tədbirlərindən bəhs olunur. Yemiş bitkisində unlu şeh (Erysiphe cichoracearum, Sphaerotheca fuligiena), yalançı unlu şeh (Pseudoperenospora cubensis), fuzarioz soluxması (Fusarium oxysporium Schl), antraknoz və ya ballıca (Colletotrichum lagenarium(Pass) Ell.et Halst), kök çürümələri (Fusarium spp., Rhizoctonia spp., Phytum spp.), askoxitoz (Ascochyta cucumeris Fautr. Er Roum), ağ ləkəlilik (Sclerotinia sclerotiorum D.By), künc ləkəlilik xəstəliyi (Pseudomonas syringae), boz çürümə (Botritis cineria), qabaqkimilərin mozaikası (Cucumus virus L.), və s. 
xəstəlikləri, qarpız bitkisində isə fuzarioz (Fusarium oxysporium Schl), antraknoz (Colletotrichum lagenarium(Pass) Ell.et Halst), Kök çürüməsi  (Fusarium spp., Rhizoctonia spp., Phytum spp.), Bakterioz (Pseudomonas luchrymans Smth. Er Br Stopp), Unlu şeh (Erysiphe cichoracearum, Sphaerotheca fuligiena), Yalançı unlu şeh (Pseudoperenospora cubensis ), Ağ çürümə (Sclerotinia sclerotiorum D.By), Boz çürümə (Botritis cineria), Mozaika (Cucumus virus 1) və digər xəstəliklər müşahidə olunur. Bu xəstəliklər əhəmiyyətli dərəcədə məhsuldarlığı aşağı salır. Xəstəliklərin qarşısının alınması üçün sahə bitki qalıqlarından təmizlənməli, növbəli əkinlər tətbiq edilməli, bitkilərə yüksək aqrotexniki qulluq göstərilməlidir. Virusları yayan mənənə, trips, gənə kimi həşaratlar məhv edilməlidir. Xəstəliyin ilkin əlamətləri müşahidə edildikdə bitki məhv edilməlidir.Virusa davamlı sortlar əkilməlidir.
 
Açar sözlər
 
Yemiş və qarpızın xəstəlikləri, xəstəliyin simptomları, mübarizə tədbirləri.
 
DOI
 
10.29932/agroaz/20.02
 
Məqaləyə
istinad
 
Allahverdiyev E., Nəbiyev R., Məmmədova X., Rəcəbli A.,     (2020)  Yemiş və qarpız bitkisinin xəstəlikləri və onlara qarşı mübarizə tədbirləri. “Azərbaycan Aqrar Elmi jurnalı” № 1 
 
Məqalə tarixçəsi 
 
Göndərilib – 06.07.2020 ; Qəbul edilib – 07.08.2020

Üzümün məhsuldarliğının genotipik, fenotipik və aqroekoloji parametrləri

                                   
 





 Müəlliflər  Vüqar Səlimov
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutu, aqrar elmləri doktoru, dosent , Azərbaycan
E-mail: [email protected]
https://orcid.org/0000-0002-5041-6958
 
 
Mövlud Hüseynov
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutu texnika elmləri üzrə fəlsəfə doktoru, dosent , Azərbaycan
E-mail: [email protected]
 
 Xülasə
 
Məqalə üzüm bitkisinin bar strukturuna, onların formalaşma və inkişafına təsir edən amillərin öyrənilməsinə həsr edilmişdir. Tədqiqatlar zamanı müxtəlif üzüm sortlarının məhsuldarlığının genetik potensialının qiymətləndirilməsi məqsədilə genotipik, fenotipik, aqroekoloji, aqronomik və s. parametrləri araşdırılmışdır.  Üzümün məhsuldarlığı onun genetik təbiətinə uyğun olsa da, poligen xarakter daşıyır və müxtəlif amillərdən asılı olaraq dəyişkənliyi ilə səciyyələnir. Əlamətlərin morfometrik tədqiqi, göstəricilər arasındakı riyazi-statistik, o cümlədən korrelyasiya, reqresiya əlaqələrinin təhlili zamanı müəyyən edilmişdir ki, tənəklərin məhsuldarlığı ilə salxım və gilələrin ölçü,  kütləsi, salxımların sayı, salxımın orta kütləsi, 100 gilənin kütləsi, salxımdakı gilələrin sayı, tənəyin gözcük yükü, barlı zoğların miqdarı ilə düz mütənasib korrelyasiya əlaqəsi vardır və məhsuldarlığın formalaşmasında əsas rol oynayırlar. Odur ki, bu əlamətlərin klonların qiymətləndirilməsi və seçilməsində fenotipik marker əlaməti kimi istifadə olunması məqsədəuyğundur. Genetik yaxşılaşdırma yolu ilə üzüm sortlarının məhsuldarlığı 54-142% qədər yüksələ bilir.
   
  Açar     sözlər
Üzüm sortu, yerli sort, salxım, gilə, toxumsuz üzüm sortu,     məhsuldarlıq, üzüm tənəyi, inkişaf, gübrə norması, seleksiya.
  DOI10.29932/agroaz/20.01
 Məqaləyə  istinadYusifov M.,  Qasımov K.,  (2020) Su stresinin kartof    sortlarının fotosintez fəaliyyətinə və məhsuldarlığına təsiri.  “Azərbaycan Aqrar Elmi jurnalı” № 1 (11-30) səh.
 Məqalə tarixçəsi
Göndərilib – 03.07.2020 ; Qəbul Edilib – 04.08.2020




AXA fermerləri nyukasla qarşı peyvəndləmə üçün baytarlarla əməkdaşlığa çağırır

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi(AXA) fermerləri bəslədikləri quşların nyukasla qarşı peyvəndlənməsi üçün baytarlarla mütəmadi əlaqə saxlamağa çağırır. Nyukasl profilaktikası, diaqnozu və müalicəsi dövlət tərəfindən maliyyələşdirilən xüsusi təhlükəli xəstəliklərdəndir. Bu xəstəlik quşçuluğa ən çox zərər verən infeksion xəstəliklərdən sayılır və hər il dövlət vəsaiti hesabına plana uyğun şəkildə vaksinasiyası aparılır.

Ötən 8 ay ərzində yerli baytarlıq idarələri tərəfindən nyukasl xəstəliyinə qarşı  44 milyon başa yaxın quş peyvənd edilib. Peyvəndlər ölkəmizdə daha çox istifadə olunan “H” və “La-sota” ştammları ilə aparılıb. Vaksinasiya tədbirləri ilin sonunadək davam edəcək.

Qeyd edək ki, heyvanlar və quşlar arasında aparılan peyvəndləmə tədbirləri “soyuq zəncir” rejiminə riayət olunmaqla həyata keçirilir. AXA tərəfindən göndərilən bioloji preparatların effektivliyini qorumaq üçün onlar bütün istifadə dövriyyəsi boyu +2-+8 °C temperaturda saxlanılır.

Aqrar Xidmətlər Agentliyi heyvan sahiblərinin nəzərinə çatdırır ki, təsərrüfatlarında saxlanılan heyvanlar, eləcə də quşlar arasında hər hansı narahatçılıq müşahidə edilərsə, rayon (şəhər) baytarlıq idarələrinə vaxtında müraciət etsinlər.

Aqrar Xidmətlər Agentliyi bildirir ki, hazırda xüsusi təhlükəli xəstəliklərə, o cümlədən nyukasl xəstəliyinə  görə respublikada epizootik vəziyyət sabitdir.
Mənbə:www.agro.gov.az

Abşeron bağları karantin zərərvericilərdən təmizlənir

Aqrar Xidmətlər Agentliyi Abşeron rayonu ərazisində karantin zərərvericilərlə sirayətlənmə səviyyəsini müəyyənləşdirmək məqsədilə 2100 hektardan artıq ərazidə müşahidə aparıb. Respublika Bitki Mühafizəsi Mərkəzinin yerli mütəxəssislərinin müşahidələri zamanı Novxanı, Corat, Goradil, Fatmayi bağlarını əhatə edən 120 hektar ərazidə yastıcalar aşkarlanıb.  Sirayətlənmiş (yoluxmuş) ərazilərdəki yastıcalar kimyəvi mübarizə üsulları ilə məhv edilib.

Bağlarda yastıcaların "Tut qalxanlı", "Avstraliya şırımlı", "Komstok", "Yaponiya yalançı qalxanlı mumlu" növlərinə rastlanıb. Yastıcalara qarşı "Thialam EC", "Hekvidor 350 SC " preparatlarından istifadə edilib.

Qeyd edək ki, karantin zərərvericilərin müşahidəsi davam edir. Aqrar Xidmətlə Agentliyi vətəndaşlardan xahiş edir ki, bağlarında, yolkənarı yaşıllıq zolaqlarında yastıcalar müşahidə edərlərsə, yerli bitki mühafizəsi mərkəzlərinə və ya Kənd Təsərrüfatı Nazirliyinin 1652 qaynar xəttinə məlumat versinlər.
Mənbə:www.agro.gov.az


Cins heyvandarlığın inkişafı üçün mütəxəssislər hazırlanır


Kənd Təsərrüfatı Nazirliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) həyata keçirdiyi Tərəfdaşlıq Proqramı çərçivəsində süni mayalandırma mütəxəssislərinin hazırlanması üçün təlimlərə başlanılıb. 

“Azərbaycanda iribuynuzlu damazlıq heyvanların cins tərkibinin yaxşılaşdırılması və səmərəli yemləmə sistemlərinin yaradılması vasitəsilə iribuynuzlu heyvandarlığın inkişaf etdirilməsi” layihəsi çərçivəsində keçirilən təlimlərə süni mayalanma sahəsində işə yeni başlayan, həmçinin bir qrup təcrübəli  baytar cəlb olunub. 

Təlimləri FAO-nun beynəlxalq ekspertləri tərəfindən hazırlanmış yerli mütəxəssislər aparır. Təlimlər Kənd Təsərrüfatı Nazirliyinin Göygöldə fəaliyyət göstərən Süni Mayalanma Mərkəzində həyata keçirilir və təlimi uğurla başa vuran şəxslərə sertifikatla yanaşı, müvafiq süni mayalanma avadanlıqları da təqdim edilir.

Qeyd edək ki, Tərəfdaşlıq Proqramı çərçivəsində ilkin mərhələdə 60-a yaxın baytarın süni mayalandırma üzrə mütəxəssislərin hazırlanması təlimində iştirakı nəzərdə tutulub.
Mənbə:www.agro.gov.az