Quduzluq: tarixi məlumatlar və dünyada yayılma arealı
Müəllif | Eldar Həsənov Baytarlıq Elmi Tədqiqat İnstitutu, baytarlıq üzrə fəlsəfə doktoru, Azərbaycan E-mail: [email protected] https://orcid.org/0000-0002-0139-1985 |
Xülasə | Quduzluq virusu neyrotrop (sinir hüceyrələrində toplanan) olub əsas etibarilə mərkəzi sinir sistemini yoluxdurur. Xəstə heyvanların orqanizmində virus əksərən baş beynin boz maddəsində yerləşir və orada çoxalmaqla yanaşı xəstəlik dövründə toplanır və heyvan tələf olduqdan sonra da uzun müddət zərərsizləşdirilməyən cəsəddə (3 aya qədər) qalır. Ən yüksək virulentli virus canavarlardan və itlərdən, aşağı virulentlilər isə atlardan, öküzdən, qoyundan və insanlardan ayrılır. Sinir sistemindən əlavə virusun tüpürcəkdə və tüpürcək vəzlərində, göz yaşı vəzlərində, daxili orqanlarda, sidikdə və xəstəliyin ilkin mərhələsində qanda rast gəlinir. Orqanizmdə virusun inkişafı həmçinin virusun miqdarından, dişləmənin lokalizasiya yerindən və virulentliyindən də asılıdır. Xüsusi ilə baş beyinə yaxın orqanların – üz, baş, boyun dişləmələr zamanı xəstəliyin inkubasiya müddəti azalır. |
Açar sözlər | Virus, quduzluq, areal, vəhşi heyvan, vaksin. |
DOI | 10.29932/agroaz/20.12 |
Məqaləyə istinad | Həsənov E. (2020) Quduzluq: tarixi məlumatlar və dünyada yayılma arealı. “Azərbaycan Aqrar Elmi”. № 1 |
Məqalə tarixçəsi | Göndərilib — 01.08.2020; Qəbul edilib — 02.09.2020 |
Balıqçılıq təsərrüfatlarında ekoloji amillərin parazitoloji duruma təsirinin öyrənilməsi

Müəllif | Afət SüleymanovaBaytarlıq Elmi Tədqiqat İnstitutu, biologiya üzrə fəlsəfə doktoru, dosent. AzərbaycanE-mail:[email protected] https://orcid.org/0000-0003-4638-5439 |
Xülasə | 2014-2018-ci illərdə tərəfimizdən respublikanın müxtəlif bölgələrində balıqçılıq təsərrüfatlarında yetişdirilən balıqlar arasında xəstəliklərin yayılmasında ətraf mühit amillərinin təsiri öyrənilmişdir. Xəstəliklərin yayılmasında suyun tərkibinin balıq orqanizminə mənfi təsirini nəzərə alaraq biotik və abiotik amilləri (suyun temperaturu, suyun – Ph səviyyəsi, suda həll olunmuş oksigenin miqdarı, fiziki-kimyəvi göstəriciləri və s.) müəyyənləşdirmək üçün su hövzələrinin suyunun laborator analizi təhlil edilmişdir. Balıqlarda xəstəliyin baş verməsi və geniş yayılması təsərrüfata parazit və yaxud başqa xəstəlik törədicisinin düşməsi, keyfiyyətsiz yemlərin verilməsi, yemləmənin düzgün aparılmaması, suyun tərkibinin pozulması, populyasiyanın sıxlığı və s. kimi amillərlə sıx bağlılığı müəyyənləşdirilmişdir. Bütün amillər toplusu balıqlara təsir edərək onlarda stress vəziyyəti yaratmışdır ki, buda xəstəliklərlə nəticələnmişdir. |
Açar sözlər | Balıqçılıq, ekologiya, amil, ətraf mühit, yoluxma. |
DOI | 10.29932/agroaz/20.11 |
Məqaləyə istinad | Süleymanova A. (2020) Balıqçılıq təsərrüfatlarında ekoloji amillərin parazitoloji duruma təsirinin öyrənilməsi. “Azərbaycan Aqrar Elmi”. № 1 |
Məqalə tarixçəsi | Göndərilib – 02.07.2020 ; Qəbul edilib – 03.08.2020 |
Yağlı qara ciyər istehsalı məqsədilə qazların yetişdirilmə texnologiyası
Müəllif | Mahir Hacıyev Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu, aqrar elmləri üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan E-mail: [email protected] https://orcid.org/0000000201363511 |
Xülasə | Məqalədə qazların xalq təsərrüfatında əhəmiyyətindən, onların yetişdirilmə istiqamətlərindən bəhs olunmaqla, əhalinin quşçuluq məhsulları ilə təmin olunmasında qaz yetişdirmənin rolundan müfəssəl danışılır. Dünyada yağlı qara ciyər istehsalı üzrə inkişaf etmiş ölkələr və yağlı qara ciyər istehsalı məqsədilə istifadə olunan qaz cinsləri, həmçinin qara ciyər istehsalı məqsədilə, kökəltmədən əvvəl qaz balalarının düzgün bəsləmə texnologiyasına riayət olunması haqda, bəslənmə dövründə, cavan quşların yaxşı inkişaf etməsini təmin edən kompleks şəraitin yaradılması, tamkeyfiyyətli yemləmə, optimal sıxlıq norması, həmçinin digər zootexniki tələblərə düzgün riayət olunması barəda və bununla yanaşı qazların yetişdirilmə və kökəldilmə texnologiyası barədə ətraflı məlumat verilmişdir. Məqalədə bəslənmə dövründə qaz balalarının yaşıl yemlə yemləndirilməsi, onların yem borusunun yaxşı inkişaf etməsinə şəraitin yaradılması barədə və beləliklə quşların məcburi kökəltmə dövründə yemin tərkibində qarğıdalının sutkalıq dozasının artırılmasına imkan verir ki, nəticədə çox keyfiyyətli qara ciyər alınmasına zəmin yaranır. Texnoloji parametrlərə gəldikdə yağlı qara ciyər istehsalı üçün qazların qəfəsələrdə saxlanması daha əlverişli üsul hesab edilməsi haqda geniş izahı verilmişdir. Yağlı qara ciyər istehsalında iki üsulun üstünlükləri haqqında da məlumat verilmişdir. |
Açar sözlər | Qaz cinsləri, yağlı qara ciyər, delikates məhsullar, kökəltmə, canlı kütlə, kökəltmə üsulları, məhsuldarlıq, ət çıxımı. |
DOI | 10.29932/agroaz/20.08 |
Məqaləyə istinad | Hacıyev M., Mirzəyev F. (2020) Yağlı qara ciyər istehsalı məqsədilə qazların yetişdirilmə texnologiyası. “Azərbaycan Aqrar Elmi”. № 1 |
Məqalə tarixçəsi | Göndərilib —07.08.2020 ; Qəbul edilib — 08.09.2020 |
Azərbaycan şəraitində ikiqanadlılar (diptera) dəstəsinin dənli taxıl bitkilərinə ziyan vuran növləri

Müəllif | Namilə ƏzizovaAzərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Əkinçilik Elmi-Tədqiqat İnstitutu, biologiya üzrə fəlsəfə doktoru, dosent.E-mail: [email protected]https://orcid.org/0000-0002-6235-8660 |
Xülasə | Son illər respublikanın bir çox bölgələrində taxıl əkinlərində Taxıl milçəklərinin yayılması və zərərvericiliyinin artması müşahidə olunmuşdur. Bu səbəbdən onların tədqiq olunması üçün zərurət yaranmışdır. Məqalədə 2015-2019-cı illərdə İkiqanadlılar dəstəsinin dənli taxıl əkinlərinə zərər vuran növləri, onların yayılması, zərərvericiliyi və onlara qarşı aparılan mübarizə tədbirlərinə dair məlumatlar verilmişdir. Aparılan tədqiqat və müşahidələrə əsasən, respublikanın müxtəlif taxılçılıq bölgələrində taxıl əkinlərində İkiqanadlılar dəstəsinə mənsub olan 5 fəsiləyə aid 11 növ müəyyən olunmuşdur. Bunlardan taxıl bitkilərinə vegetasiya dövründə İsveç milçəyi, Yaşılgöz milçək, Sarı taxıl mığmığası kimi növlərin ciddi ziyan vurması müəyyən olunmuşdur. Taxıl milçəklərinə qarşı mübarizə tədbiri məqsədilə profilaktiki olaraq, aqrotexniki tədbirlərin aparılması, zərərvericilərin kütləvi yayıldığı ərazilərdə kimyəvi mübarizə tədbiri kimi toxum materialının dərmanlanması və vegetasiya müddətində effektiv insektisidlərin çilənməsi göstərilmişdir. Hazırda taxıl milçəklərinə qarşı mübarizədə toxumun dərmanlanması üçün neonikotinoidlərə - tiametoksam və imidakloprid tərkibli insektisidlərin istifadəsi əsas rol oynayır. Sistem təsirli olması səbəbi ilə bu preparatlar bitkiləri milçəklərin sürfələrindən etibarlı şəkildə qoruya bilər. |
Açar sözlər | Payızlıq buğda, ikiqanadlılar, zərərverici, zədələnməsi, kimyəvi mübarizə, insektisid. |
DOI | 10.29932/agroaz/20.07 |
Məqaləyə istinad | Əzizova N. (2020) Azərbaycan şəraitində ikiqanadlılar (Diptera) dəstəsinin dənli taxıl bitkilərinə ziyan vuran növləri. «Azərbaycan Aqrar Elmi». № 1 |
Məqalə tarixçəsi | Göndərilib — 13.07.2020; Qəbul edilib — 14.08.2020 |
Quba-xaçmaz iqtisadi rayonu şəraitində alma ballicasinin (psylla mali schm.) inkişaf dinamikasina uyğun mübarizə tədbirləri sisteminin tətbiqi

Müəllif | Nardan Sadıqova Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu, böyük elmi işçiE-mail: [email protected] https://orcid.org/0000-0002-9550-7693 |
Xülasə | Məqalədə alma bitkisinin təhlükəli zərərvericisi olan alma ballıcasının (Psylla mali Schm.) bioloji inkişafı və fenologiyası, entomofaqları, sort davamlılığı, mübarizə tədbirlərinin vaxtı haqqında məlumat verilir. Müşahidələr vasitəsi ilə zərərvericinin kütləvi zərərvurma dövrünün aprel ayının 1-ci ongünlüyündən başlayaraq avqust ayının sonuna kimi davam etdiyi müəyyənləşdirilmişdir. Zərərvericiyə qarşı mübarizədə entomofaqlardan istifadənin üstünlüyü araşdırılmış, ən çox yayılmış növlərin Psallus ambiguus Fall., Adalia bipunctata L., Coccinella quinquepunctata L., Chrysoperla carnela, Antokoris nemorem L., Chilocorus bipusulatus olduğu təyin edilmişdir. Entomofaqların sıx olduğu ərazilərdən toplanaraq alma ballıcası ilə sirayətlənmiş bitkilər üzərində miqdarının çoxaldılması zərərvericinin say tərrkibinin 20-25% azalmasına səbəb olmuşdur. Aparılmış tədqiqat işlərinin nəticələrinə görə bəzi introduksiya olunmuş (Qranni Smit, Yeva, Şampan reneti), seleksiya (Azərbaycan, Məxməri, Vətən, Qızıltac, Çıraqqala) xalq seleksiyası (Qızıl Əhmədi) sortlarının digər sortlara nisbətən alma ballıcasına qarşı davamlılığı müəyyənləşdirilmiş və bu sortların yeni meyvə bağlarının salınmasında istifadəsi tövsiyə olunmuşdur. Zərərvericiyə qarşı Mostar 20%, Confidor SC 350 və Calypso OD 240 preparatlarının səmərəliliyi müəyyənləşdirilmiş, ən yüksək nəticə Confidor SC 350 və Calypso OD 240 preparatlarının tətbiqindən əldə olunmuşdur (93,6-93,2%). |
Açar sözlər | Alma bitkisi, alma ballıcası, entomofaq, sort, insektisid. |
DOI | 10.29932/agroaz/20.08 |
Məqaləyə istinad | Sadıqova N. (2020) Quba-Xaçmaz iqtisadi rayonu şəraitində alma ballıcasının (Psylla mali Schm.) inkişaf dinamikasına uyğun mübarizə tədbirləri sisteminin tətbiqi. «Azərbaycan Aqrar Elmi». № 1 |
Məqalə tarixçəsi | Göndərilib — 06.07.2020; Qəbul edilib — 07.08.2020 |
Pomidorun ölkəmizin torpaq – iqlim şəraitinə uyğun heterozis effektli yeni f1 hibridlərinin yaradılması perspektivləri

Müəlliflər | Məcid Adıgözəlov Azərbaycan Respublikası, Kənd Təsərrüfatı Nazirliyi, Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun “Toxumuçuluq” şöbəsinin böyük elmi işçisi , Azərbaycan E-mail: [email protected] https://orcid.org/0000-0002-0016-6217 Sevda Adıgözəlova Azərbaycan Respublikası, Kənd Təsərrüfatı Nazirliyi, Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu. Azərbaycan E-mail: [email protected] https://orcid.org/0000-0002-3029-1094 |
Xülasə | Pomidorun ölkəmizin torpaq-iqlim şəraitinə uyğun heterozis effektli yeni F1 hibridlərinin yaradılması perspektivləri” adlı məqalədə müəlliflər Məcid Adıgözəlov və Sevda Adıgözəlova, dünyada ekoloji mühitin pozulması və digər səbəblərlə əlaqədar olaraq bitki növlərinin, bioloji müxtəlifliyin, o cümlədən elmi seleksiya yolu ilə alınmış və ölkəmizdə rayonlaşdırılmış, hazırda itmək təhlükəsində olan pomidor sortlarının qorunmasının, bərpasının və seleksiya proqramlarına cəlb edilməsinin vacibliyini, tərəvəz, o cümlədən pomidor sort və hibridlərinin toxumlarının Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində yaradılmış Milli Genbankda etibarlı şəkildə mühafizə olunmasından, heterozis effektli F1 hibridlərinin yaradılmasında başlanğıc material kimi bu toxumlardan istifadə olunmasının adaptasiya nöqteyi-nəzərincə əhəmiyyətini qeyd edirlər. Məqalədə eyni zamanda aparılan fərdi seçmə metodundan istifadə edilərək sorta xas ən tipik bitkinin seçilməsi ilə saf xətlərin alınması metodikası, tədqiqat işinin davamı olaraq, alınmış saf xətlər üzərində aparılmış məqsədyönlü çarpazlaşdırılmalar haqqında məlumat verilir. Həmçinin sortun genetik mənşəyindən və yerli aqroekoloji faktorların təsirindən asılı olaraq onların yaradılmasının metod və üsulları haqqında müasir elmi hipotezlərin ümumi və fərqli cəhətləri verilmişdir. Sortların sort xüsusiyyətlərinin davamlı olması üçün vaxtaşıri sorttəzələmə və sorttəmizləmə əməliyyatlarının, alınmış saf xəttli toxum nümunələrinin Milli Genbanka təhvil verilməsinin vacıb olduğu, haqqında məlumatlar da öz əksini tapır. Əhalinin ekoloji cəhətdən təmiz, yüksək dad keyfiyyətinə malik, məhsuldar, xəstəlik və zərərvericilərə qarşı dözumlu, saxlanmağa və daşınmağa davamlı yerli pomidor sort və hibrid toxum materialı ilə təmin edilməsinin, respublikamızda tərəvəzçiliyin dayanıqlı inkişafının yeni heterozis effektli F1 hibridləri ilə davam etdirilməsinin məqsədəuyğunluğu göstərilir. |
Açar sözlər | Pomidor, biomüxtəliflik, saf xətt, heterozis, hibrid |
DOI | 10.29932/agroaz/20.05 |
Məqaləyə istinad | Adıgözəlov M., Adıgözəlova S., (2020) Pomidorun ölkəmizin torpaq – iqlim şəraitinə uyğun heterozis effektli yeni f1 hibridlərinin yaradılması perspektivləri “Azərbaycan Aqrar Elmi jurnalı” № 1 ( ) səh. |
Məqalə tarixçəsi | Göndərilib -06.07.2020 ; Qəbul edilib – 07.08.2020 |
Günəş şüası enerjisinin bitkilər tərəfindən mənimsənilməsinə torpaq quraqlığının təsiri

Müəlliflər | Maarif Yusifov Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu, aqrar elmləri doktoru, Azərbaycan E-mail: [email protected] https://orcid.org/0000-0003-0053-2771 Ələmdar Əsgərov Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu biologiya üzrə fəlsəfə doktoru, dosent , Azərbaycan E-mail: [email protected] https://orcid.org/0000-0002-1665-6819 Fəxrəddin Ağayev Azərbaycan Respublikası, Kənd Təsərrüfatı Nazirliyi, Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu,üzrə fəlsəfə doktoru, dosent , Azərbaycan E-mail: [email protected] https://orcid.org/0000-0002-9668-072X |
Xülasə | Məqalədə tərəvəz noxudu sort nümunələrində bioloji kütlənin toplanmasına, onda toplanmış günəş enerjisinin miqdarına və fotosintetik fəal şüadan (FFŞ–dən) səmərəli istifadə əmsalına (Fə) torpaq quraqlığının təsir etməsinin nəticələri şərh olunur. Aparılan tədqiqat nəticəsində müyyən edilmişdir ki, bioloji kütlənin, onda toplanmış günəş enerjisinin və FFŞ–dən səmərəli istifadə əmsalının ən kiçik qiyməti vegetasiyanın əvvəlinə təsadüf edir, qönçələmə fazasına keçid bu göstəricilərin qiymətinin kəskin şəkildə artmasına səbəb olur (orta hesabla 6-10 dəfə və bəzən də daha artıq), çiçəkləmə fazasına keçid bu göstəricilərin artım sürətinin nisbətən azalması ilə müşayiət olunur. Tərəvəz noxudu sort nümunələri üzrə bioloji kütlənin sutkalıq artımının və onda toplanmış günəş enerjisinin və eyni zamanda FFŞ – dən səmərəli istifadə əmsalının (Fə) maksimal həddi isə dənin əmələ gəlməsi və formalaşması inkişaf fazasında, yəni mayın sonunda qeydə alınır. Bu zaman suvarılan sahədə sortların bioloji təbiətindən asılı olaraq müyyən fərqlər aşkar edilir. Belə ki, 29/1 və 64/3 sort nümunələrində bioloji kütlənin sutkalıq artımının və onda toplanmış enerjinin maksimal səviyyəsi dənin mum yetişkənliyi fazasında müşahidə edilir (nümunələr üzrə müvafiq olaraq 348,9 və 1295,6; 328,5 kq/ (ha və 1528, o min kkal/ha). Aşkar edilmişdir ki, torpaq quraqlığı bitkilərdə bioloji kütlənin sutkalıq artımına, onda toplanmış günəş enerjisinin miqdarına və FFŞ – dən səmərəli istifadə əmsalının qiymətinə azaldıcı təsir göstərir. Bütövlükdə həm suvarılan, həm də suvarılmayan sahədə belə bir qanunauyğunluq müşahidə edilmişdir ki, bitkilər tərəfindən fotosintez prosesində günəş şüası enerjisinin mənimsənilməsi səviyyəsi yüksəldikcə, yaranmış bioloji kütlənin, onda toplanmış günəş enerjisinin miqdarı və FFŞ – dən səmərəli istifadə əmsalının artması baş verir. Aşkar edilmişdir ki, bitkilər tərəfindən fotosintez prosesində günəş şüası enerjisinin mənimsənilməsi yüksəldikcə, yaranmış bioloji kütlənin miqdarı da artır. Bu zaman fotosintetik fəal şüadan (FFŞ) istifadə əmsalı da yüksəlmişdir. Bioloji kütlənin sutkalıq artımı, onda toplanmış günəş enerjisi və FFŞ-dan səmərəli istifadə əmsalı - Fə bitkilərin inkişaf fazalarından, sort nümunələrin bioloji xüsusiyyətlərindən və suvarma rejimlərindən asılı olaraq geniş miqyasda dəyişməyə məruz qalmışdır. Torpaq quraqlığı bütün göstəricilərə azaldıcı təsir göstərmişdir |
Açar sözlər | Günəş enerjisi, torpaq quraqlığı, fotosintez, fəal şüa, bioloji kütlə, fəal şüadan istifadə əmsalı (Fə). |
DOI | 10.29932/agroaz/20.04 |
Məqaləyə istinad | Adıgözəlov M., Adıgözəlova S., (2020) Pomidorun ölkəmizin torpaq – iqlim şəraitinə uyğun heterozis effektli yeni f1 hibridlərinin yaradılması perspektivləri “Azərbaycan Aqrar Elmi jurnalı” № 1 |
Məqalə tarixcəsi | Göndərilib – 10.08.2020 ; Qəbul edilib – 11.09.2020 |
Quraqlıq stresi şəraitində müxtəlif bərk və yumşaq buğda genotiplərinin yüksək məhsuldarlığını şərtləndirən əlamətlərin müəyyən edilməsi fonunda morfofizioloji və aqronomik göstəricilərinin tədqiqi

Müəllif | Təmraz Təmrazov Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Əkinçilik Elmi-Tədqiqat İnstitutu, biologiya üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan E-mail: [email protected] https://orcid.org/0000-0002-2658-5284 |
Xülasə | Məqalədə əsasən öyrənilən buğda genotiplərində su stressinin yaranması zəmnində bitkilərdə gedən əsas fizioloji parametrlərin məhsuldarlıq göstəriciləri ilə müqayisəsi təhlil edilmişdir. Vegetasiyanın çicəkləmə fazasından sonra bitkidə gedən fotosintez prosesində sürətli bir azalma baş vermişdir ki, bu da yarpaqların ağızcıqlarının keçiriciliyi və təmiz karbon qazı assimilyasiyasında azalma səbəbiylə, mövcud assimliyatların dən məhsuluna daşınmasını məhdudlaşdırmışdır. Müəyyən edilmişdir ki, bitkilərdə gedən fotosintezin kəskin azalması və ontogenezin sonunda dayanması müəyyən dərəcədə quraqlığın təsiri nəticəsində xlorofilin miqdarının azalması və onun strukturunun pozulması ilə əlaqədar olmuşdur. Quraqlığa həssas olan genotiplərlə müqayisədə, davamlı genotiplərdə ağızcıqların keçiriciliyi və transpirasiya sürətində daha çox azalma, lakin stress şəraitində isə fotosintezin sürətində də azalma müşahidə olunmuşdur. Müxtəlif illərdə aparıalan tədqiqat nəticələrinə əsasən yetişmə müddətinə görə fərqlənən genotiplərdə çiçəkləmə fazasından sonra yaranan su stresi nəticəsində dən məhsuldarlığı və 1000 dənin çəkisinin orta hesabla 30-35 % azalması ilə nəticələnmişdir. |
Açar sözlər | Məhsuldarlıq, quraqlıq amili, buğda genotipləri, morfofizioloji əlamət, yetişmə müddəti |
DOI | 10.29932/agroaz/20.03 |
Məqaləyə istinad | Təmrazov T. (2020) Quraqlıq stresi şəraitində müxtəlif bərk və yumşaq buğda genotiplərinin yüksək məhsuldarlığını şərtləndirən əlamətlərin müəyyən edilməsi fonunda morfofizioloji və aqronomik göstəricilərinin tədqiqi . “Azərbaycan Aqrar Elmi”. № 1 |
Məqalə tarixçəsi | Göndərilib —08.07.2020 ; Qəbul edilib — 09.08.2020 |
Yemiş və qarpız bitkisinin xəstəlikləri və onlara qarşi mübarizə tədbirləri
Müəlliflər | Elmar Allahverdiyev Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu, Azərbaycan E-mail: [email protected] https://orcid.org/0000-0002-6515-4188 Ramil Nəbiyev Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi,Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu, Azərbaycan E-mail: [email protected] https://orcid.org/0000-0001-9190-6147 Xurşud Məmmədova Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu, Azərbaycan E-mail: [email protected] https://orcid.org/0000-0003-0332-7431 Afaq Rəcəbli Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun “Bitki mühafizəsi” laboratoriyası, Azərbaycan E-mail: [email protected] https://orcid.org/0000-0003-1040-1687 |
Xülasə | Məqalə ”Yemiş və qarpız bitkisinin xəstəlikləri və onlara qarşı mübarizə tədbirləri” adlı məqaləsində yemiş və qarpız bitkisinin qida məhsulu kimi əhəmiyyəti, bu bitkilərin xəstəlikləri və onlara qarşı mübarizə tədbirlərindən bəhs olunur. Yemiş bitkisində unlu şeh (Erysiphe cichoracearum, Sphaerotheca fuligiena), yalançı unlu şeh (Pseudoperenospora cubensis), fuzarioz soluxması (Fusarium oxysporium Schl), antraknoz və ya ballıca (Colletotrichum lagenarium(Pass) Ell.et Halst), kök çürümələri (Fusarium spp., Rhizoctonia spp., Phytum spp.), askoxitoz (Ascochyta cucumeris Fautr. Er Roum), ağ ləkəlilik (Sclerotinia sclerotiorum D.By), künc ləkəlilik xəstəliyi (Pseudomonas syringae), boz çürümə (Botritis cineria), qabaqkimilərin mozaikası (Cucumus virus L.), və s. xəstəlikləri, qarpız bitkisində isə fuzarioz (Fusarium oxysporium Schl), antraknoz (Colletotrichum lagenarium(Pass) Ell.et Halst), Kök çürüməsi (Fusarium spp., Rhizoctonia spp., Phytum spp.), Bakterioz (Pseudomonas luchrymans Smth. Er Br Stopp), Unlu şeh (Erysiphe cichoracearum, Sphaerotheca fuligiena), Yalançı unlu şeh (Pseudoperenospora cubensis ), Ağ çürümə (Sclerotinia sclerotiorum D.By), Boz çürümə (Botritis cineria), Mozaika (Cucumus virus 1) və digər xəstəliklər müşahidə olunur. Bu xəstəliklər əhəmiyyətli dərəcədə məhsuldarlığı aşağı salır. Xəstəliklərin qarşısının alınması üçün sahə bitki qalıqlarından təmizlənməli, növbəli əkinlər tətbiq edilməli, bitkilərə yüksək aqrotexniki qulluq göstərilməlidir. Virusları yayan mənənə, trips, gənə kimi həşaratlar məhv edilməlidir. Xəstəliyin ilkin əlamətləri müşahidə edildikdə bitki məhv edilməlidir.Virusa davamlı sortlar əkilməlidir. |
Açar sözlər | Yemiş və qarpızın xəstəlikləri, xəstəliyin simptomları, mübarizə tədbirləri. |
DOI | 10.29932/agroaz/20.02 |
Məqaləyə istinad | Allahverdiyev E., Nəbiyev R., Məmmədova X., Rəcəbli A., (2020) Yemiş və qarpız bitkisinin xəstəlikləri və onlara qarşı mübarizə tədbirləri. “Azərbaycan Aqrar Elmi jurnalı” № 1 |
Məqalə tarixçəsi | Göndərilib – 06.07.2020 ; Qəbul edilib – 07.08.2020 |
Üzümün məhsuldarliğının genotipik, fenotipik və aqroekoloji parametrləri

Müəlliflər | Vüqar Səlimov Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutu, aqrar elmləri doktoru, dosent , Azərbaycan E-mail: [email protected] https://orcid.org/0000-0002-5041-6958 Mövlud Hüseynov Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutu texnika elmləri üzrə fəlsəfə doktoru, dosent , Azərbaycan E-mail: [email protected] |
Xülasə | Məqalə üzüm bitkisinin bar strukturuna, onların formalaşma və inkişafına təsir edən amillərin öyrənilməsinə həsr edilmişdir. Tədqiqatlar zamanı müxtəlif üzüm sortlarının məhsuldarlığının genetik potensialının qiymətləndirilməsi məqsədilə genotipik, fenotipik, aqroekoloji, aqronomik və s. parametrləri araşdırılmışdır. Üzümün məhsuldarlığı onun genetik təbiətinə uyğun olsa da, poligen xarakter daşıyır və müxtəlif amillərdən asılı olaraq dəyişkənliyi ilə səciyyələnir. Əlamətlərin morfometrik tədqiqi, göstəricilər arasındakı riyazi-statistik, o cümlədən korrelyasiya, reqresiya əlaqələrinin təhlili zamanı müəyyən edilmişdir ki, tənəklərin məhsuldarlığı ilə salxım və gilələrin ölçü, kütləsi, salxımların sayı, salxımın orta kütləsi, 100 gilənin kütləsi, salxımdakı gilələrin sayı, tənəyin gözcük yükü, barlı zoğların miqdarı ilə düz mütənasib korrelyasiya əlaqəsi vardır və məhsuldarlığın formalaşmasında əsas rol oynayırlar. Odur ki, bu əlamətlərin klonların qiymətləndirilməsi və seçilməsində fenotipik marker əlaməti kimi istifadə olunması məqsədəuyğundur. Genetik yaxşılaşdırma yolu ilə üzüm sortlarının məhsuldarlığı 54-142% qədər yüksələ bilir. |
Açar sözlər | Üzüm sortu, yerli sort, salxım, gilə, toxumsuz üzüm sortu, məhsuldarlıq, üzüm tənəyi, inkişaf, gübrə norması, seleksiya. |
DOI | 10.29932/agroaz/20.01 |
Məqaləyə istinad | Yusifov M., Qasımov K., (2020) Su stresinin kartof sortlarının fotosintez fəaliyyətinə və məhsuldarlığına təsiri. “Azərbaycan Aqrar Elmi jurnalı” № 1 (11-30) səh. |
Məqalə tarixçəsi | Göndərilib – 03.07.2020 ; Qəbul Edilib – 04.08.2020 |