Dünyada şərab turizmi ( enoturizm ) və şərab servisi

Müəllif Cəmşid Zeynalov 
Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutununun“Üzümün emalı və şərabın texnologiyası” şöbəsinin doktorantı, Azərbaycan
E-mail: [email protected] 
https://orcid.org/0000-0003-2698-6456
 
Xülasə
 
Dünyada şərab turizmi (enoturizm) və şərab servisi üzrə aparılmış tədqiqat işində dünya üzrə üzümçülük və şərabçılıq ölkələri, bu ölkələrin müxtəlif illər üzrə sahib olduqları üzüm bağlarının sahələri, müxtəlif illər üzrə istehsal edilən şərab məhsullarının miqdarı və s. haqqında məlumatlar verilmişdir. Şərab turizmi ilə əlaqədar daha ətraflı fikir formalaşması üçün Ümumdünya Turizm Təşkilatı tərəfindən dünyada şərab turizminin inkişaf etdirilməsi məqsədi ilə təşkil edilən konfranslar, bu konfransların keçirildiyi ölkələr, iştirakçılar və s. haqqında məlumatlar məqalədə öz əksini tapmışdır. Həmçinin şərab turizminin ölkə iqtisadiyyatına gətirdiyi gəlirlərin statistik məlumatları  qeyd edilmişdir. Şərab turizminin ölkədə inkişafı ilə yanaşı ölkəyə gələcək olan turistlərə dünya standartları çərçivəsində xidmətin göstərilməsi məqsədi ilə şərabın təklif edilmə xüsusiyyətləri də araşdırılmışdır. Müxtəlif növ üzüm növlərindən istifadə olunaraq hazırlanmış yerli və xarici  şərabların servis standartları tədqiq edilmişdir. Bunun üçün əvvəlcə dünya standartlarına uyğun olaraq istehsal edildiyi müddətdən sonra saxlanılmağa başlayan şərabların rənglərində və dadlarında baş verən dəyişikliklər qeyd edilmişdir. Şərab servisi zamanı müxtəlif üsullardan istifadə olunmaqdadır. Bu üsullar ( butulka ilə servis,  şərab səbət ilə servis,qrafin ilə servis) şərabın yaşından, tərkib xüsusiyyətindən asılı olaraq dəyişilir. 
 
Açar
sözlər
 
Şərab, servis, sini, şərab açıcı, buz, şərab qədəhi, üzüm
 
 
DOI
 
10.29932/agroaz/20.24
 
Məqaləyə              
  istinad
 
Zeynalov C., (2020). Dünyada şərab turizmi ( enoturizm ) və şərab servisi “Azərbaycan Aqrar Elmi jurnalı”№ 1 
 
Məqalə 
tarixçəsi
 
Göndərilib – 03.07.2020 ; Qəbul edilib – 04.08.2020


Fermerlərin bazara çıxış problemləri


Müəllif

Səadət Hacıyeva

Aqrar Tədqiqatlar Mərkəzi, dissertant. 

E-mail: [email protected]
https://orcid.org/0000-0003-0346-4081
 
Xülasə
 
Kənd təsərrüfatı məhsulları istehsalçılarının bazara çıxış imkanları ilə əlaqədar  məhdudiyyət və çətinliklər aqrar sektorun inkişaf tempini zəiflədən əsas məsələlərdən hesab edilir. Bu baxımdan əksər ölkələrdə, xüsusilə inkişaf etməkdə olan ölkələrdə bu problemlərin öyrənilməsi böyük əhəmiyyət kəsb edir. Azərbaycanda da aqrar sahənin inkişafının yeni mərhələsində bazarın inkişafı və əlverişli şərtlərlə bazara çıxış məsələləri kifayət qədər strateji əhəmiyyətə malikdir. Bu baxımdan fermerlərin bazara çıxış problemlərinin müəyyən edilməsi və dövlətin bu problemlərin həllinə yönəlmiş dəstək tədbirlərinin təkmilləşdirilməsi  məqsədilə fermerlərin bazara çıxış imkanlarının hərtərəfli araşdırılıb təhlil edilməsi zəruri hesab edilir. 
Bu məqsədlə fermerlərin bazara çıxışla bağlı problemlərinin öyrənilməsi üçün dünya praktikasında istifadə edilən metodlar və nəzəri yanaşmalar araşdırılmış, bazara çıxış səviyyəsinin qiymətləndirilməsi ilə bağlı tədqiqat istiqamətləri müəyyən edilmişdir.
Məqalədə fermerlər arasında keçirilmiş monitorinqin məlumatlarından istifadə edilməklə Azərbaycanda aqrar bazarın fermerlər üçün əlverişlilik səviyyəsi əhatəli təhlil edilərək, hesablanmış Nominal Mühafizə Əmsalı əsasında ölkədə iqtisadi siyasətin sahəyə təsiri qiymətləndirilmişdir.
 
  Açar
sözlər
 
Bazara çıxış, satış kanalları, paritet qiymətlər, Nominal Mühafizə Əmsalı.
 
DOI
 
10.29932/agroaz/20.22
 
Məqaləyə
   stinad
 
Hacıyeva S. (2020) Fermerlərin bazara çıxış problemləri. "Azərbaycan Aqrar Elmi". № 1     
 
 Məqalə
tarixçəsi
 
Göndərilib — 14.07.2020; Qəbul edilib — 15.08.2020

Yeni armud sortu yaradılması üzrə seleksiya prosesinin iqtisadi əsaslandırılması


Müəlliflər

İlham Qurbanov

Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu, biologiya elmləri üzrə fəlsəfə doktoru, dosent. 

E-mail: [email protected]
https://orcid.org/0000-0003-1333-5857
 
Vahid Əliyev                                                     
Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu, aqrar elmləri üzrə fəlsəfə doktoru, dosent. 
E-mail: [email protected] 
https://orcid.org/0000-0002-9720-4960
 
Xülasə
 
Məqalədə aparılmış seleksiya prosesinin mərhələləri üzrə kapital qoyuluşu xərclərinin  hesablanması verilmişdir. Hər bir mərhələ üzrə tam bütün xərclər müəyyənləşdirildikdən sonra, bütün seleksiya prosesini həyata  keçirmək üçün tələb olunan minimum  maliyyə vəsaitinin cəmi hesablanmışdır. Bu 245,5 min manat təşkil edir.
Sortun yaradılmasının müəyyən məqsədə xidmət etdiyini nəzərə alaraq, çəkilmiş xərcin çıxarılması üsulunun əsaslandırılmasına zərurət yaranır. Bütün mövcud  üsullar arasında daha mütərəqqi üsul, ting satışından əldə edilmiş maliyyə vəsaitindən ayırmalar hesabına çəkilmiş xərcin ödənilməsidir. Bu üsul yaradılmış sorta müəlliflik hüququ alınması nəticəsində mümkündür. Az xərc çəkildiyi zaman yaradılmış sort 613750 ədəd tingin satışı hesabına öz xərcini ödəyir.
 
 Açar
sözlər
 
Seleksiya prosesi, armud toxmaçarları, müəlliflik hüququ, xərcin ödənilməsi.
 
DOI
 
10.29932/agroaz/20.21
 
Məqaləyə
  istinad
 
Qurbanov İ., Əliyev V. (2020) Yeni armud sortu yaradılması üzrə seleksiya prosesinin iqtisadi əsaslandırılması. “Azərbaycan Aqrar Elmi jurnalı ”. №1
 
Məqalə
tarixçəsi
 
Göndərilib — 06.07.2020; Qəbul edilib — 07.08.2020












Metroloji təminat proseslərinin alqoritmlərinin işlənməsi

Müəllif Həsən Vəliyev 
Azərbaycan Texniki Universiteti
“Meterologiya və standartlaşdırma” kafedrasının dissertantı 
 E-mail: [email protected]
https://orcid.org/0000-0003-0924-7993
 
Xülasə
 
Tədqiqat işində müəssisədə fasiləsiz nəzarət və monitorinqi avtomatlaşdırmaq üçün tədbirlər planı işlənib hazırlanmışdır. Yararlı məhsul çıxışı ehtimalı və ya zay baş vermə ehtimalının təyini və parametrlərə müsaidələrin qiymətləndirilməsinin alqoritmi verilmişdir. Metroloji təminat sistemi modellərinin S-qraflar əsasında qurulmasının müəssisələrdə metroloji xidmətin təkmilləşdirilməsi və keyfiyyətin fasiləsiz ana­lizinə yaratdığı imkanlar araşdırılmışdır. Metroloji təminat sisteminin əsas vəzifəsinin həlli zamanı çıxış infor­masiyası qismində qəbul edilmiş qərarların nəticəliliyinin təhlili və qiymətlən­dirilməsi üçün yaradılmış ümumiləşdirici cədvəllər tərtib edilmişdir. Metroloji parametrlərin qeyri-müəyyənliyi və korrelyasiya əlaqələrini nəzərə almaqla işlənmiş modellərin reallaşdırılmasının nəticələri müəs­sisənin ali rəhbərliyi səviyyəsində təhlil olunmuşdur.  Müvafiq texniki-texnoloji, təşkilati-iqtisadi və sosial-ekoloji xarakterli korreksiyaedici kompleks tədbirlər təklif edilmişdir. Müvafiq texniki-texnoloji, təşkilati-iqtisadi və sosial-ekoloji xarakterli korreksiyaedici kompleks tədbirlər təklif edilmişdir.
 
 
Açar sözlər
 
Keyfiyyətin idarə edilməsi, fasiləsiz nəzarət, yararlı məhsul, giriş və çıxış informasiyası, korrelyasiya əlaqələri
 
DOI
 
10.29932/agroaz/20.20
 
Məqaləyə istinad
 
Vəliyev H. (2020) Metroloji təminat      proseslərinin alqoritmlərinin işlənməsi «Azərbaycan Aqrar Elmi». № 1
 
Məqalə tarixçəsi
 
Göndərilib —17.08.2020 ; Qəbul edilib — 17.09.2020





Qara kökdən funksional məhsulların texnologiyası


MüəllifŞəhanə İsrəfilova
Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun “Emal, saxlama və keyfiyyət” laboratoriyasının doktorantı, Azərbaycan
E-mail: [email protected]
https://orcid.org/0000-0001-8028-5541
 
 Xülasə
 
 
 
Məqalədə qara kök, ondan alınan şirənin fiziki-kimyəvi xüsusiyyətlərindən və eləcə də qara kökdən müxtəlif funksional məhsulların hazırlanma texnologiyasından bəhs edilmişdir.  Qara kökün rəngini tərkibindəki antosian və az miqdarda olan α-karotin verir. Orqanizm bu piqmenti A vitamininə çevirir. Bu vitamin dəri və göz xəstəlikləri üçün faydalı olmaqla yanaşı, ürək-damar xəstəlikləri və xərçəngə qarşı da dayanıqlılığı artırır. 
xora kimi mədə turşu mənbəli problemlərin yaxşılaşma prosesinə dəstək olur. Çox güclü antioksidant xüsusiyyətləri  olduğundan bədənimizi sərbəst radikallardan qoruyur. Bu xüsusiyyəti də onun qripdən müxtəlif xərçəng növlərinə qədər bədənimiz qoruyucu təsir yaratmasını təmin edir
 
 Açar sözlər
             
   DOI
  
 Məqaləyə 
istinad

Məqalə
tarixçəsi
 
Pomidor, biomüxtəliflik ,saf xətt, heterozis, hibrid
 
10.29932/agroaz/20.18
 
İsrəfilova Ş., (2020) Qara kökdən funksional məhsulların hazırlanma texnologiyası.”Azərbaycan Aqrar Elmi jurnalı”№ 1 
 
 
Göndərilib – 06.07.2020; Qəbul Edilib – 07.08.2020
 
 


Biokimyəvi parametrlərinə nəzarət əsasında nar şirəsinin istehsal texnologiyasının təkmilləşdirilməsi

Müəlliflər 

Qərib Hafizov

Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu, texnika üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan
E-mail: [email protected]  
 
Samir Hafizov
Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu, doktorant, Azərbaycan
E-mail: [email protected]  
 
Xülasə
 
Nar şirəsinin dəyərli bioloji aktiv komponentləri emal və saxlama zamanı deqradasiyaya məruz qala bilər. Buna görə də bu arzuolunmaz proseslərin idarə olounmasını öyrənmək vacibdir. Müxtəlif temperaturda və pH-da termik emalın təzə sıxılmış nar şirəsinin antosianlarına və flavanollarına (katexin izomerləri) təsiri və eyni nümunənin şirələrini təmsil edən model məhlullarının rənginin süni şəkildə yaradılan pH şəraitində qorunması öyrənilmişdir. Nar toxumlarından təzə sıxılmış şirələr 5 dəqiqə ... 120 dəqiqə açıq havada və ya + 5 ... + 105o C temperaturda bir termostatda saxlanılmışdır. Model məhlullar 1 ay ərzində + 1° C temperaturda soyuducuda saxlanılmışdır. Tədqiq olunan obyektlərdə antosianlar və flavanollar rəngli ekstraktların fotometriyasına əsaslanan üsullarla təyin edilmişdir. Tədqiq edilən amillərin antosianların çevrilmə sürətinə və şirənin ilkin rənginin qorunmasına əhəmiyyətli dərəcədə təsir göstərdiyi müəyyən edilmişdir. Bunu nəzərə almaqla şirənin ilkin keyfiyyətinin qoruyub saxlanması üçün daha yararlı olan  şirədaxili pH və ona qarışmış bərk meyvə hissəciklərinin çökdürülməsi üçün dincə qoyma və istilik emalı rejimləri seçilmişdir. 
 
Açar sözlər
 
Nar şirəsi, pH, emal temperaturu, antosianlar, deqradasiya.
 
 
DOI
 
10.29932/agroaz/20.17
 
Məqaləyə istinad
 
Hafizov Q., Hafizov S. (2020) Biokimyəvi parametrlərinə nəzarət əsasında nar şirəsinin istehsal texnologiyasının təkmilləşdirilməsi. “Azərbaycan Aqrar Elmi” № 1
 
Məqalə tarixçəsi
 
Göndərilib —06.07.2020; Qəbul edilib — 07.08.2020

Üzümün saxlanma qabiliyyətinə təsir edən amillər

MüəlliflərXədicə Məmmədova
Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutu texnika elmləri üzrə fəlsəfə doktoru, Azərbaycan
E-mail[email protected]
 
Rauf Əsədullayev
Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutu, aqrar elmləri üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan
E-mail: [email protected]
 
Xuraman Abasova
Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutununun elmi katibi, aqrar elmləri üzrə fəlsəfə doktoru, dosent , Azərbaycan
E-mail: [email protected]
 
Xülasə
 
Üzüm özünün insan orqanizminə göstərdiyi müsbət təsirinə malik unikal qida və müalicəvi xüsusiyyətlərinə görə əvəzedilməz qida məhsuludur. Lakin üzümün özü-özlüyündə mövsüm bitkisi olmağı onun təzə halda satışda olmasını 3-4 ay müddəti ilə məhdudlaşdırır. Bu baxımdan üzümün istehlak müddətinin artırılması məqsədilə aşağıdakı addımları atmaq məqsədəuyğun olar: üzümün təzə halda istehlak müddətini uzatmaq məqsədilə ölkəmizdə mövcud olan bütün iqlim zonalarında süfrə üzümü bağlarının salınması; eyni təsərrüfatlarda müxtəlif yetişmə müddətinə malik (çox ertədən gec yetişənlərədək) sortların becərilməsi; qış aylarında soyuducularda saxlanan üzümün miqdarının artırılması. 
 
Açar sözlər
 
Üzümün saxlanması, sort, yetişmə dərəcəsi, iqlim dəyişməsi, istifadə istiqaməti
 
DOI
 
10.29932/agroaz/20.15
 
Məqaləyə istinad
 
Məmmədova  X., Əsədullayev R., Abasova X.,  (2020) Üzümün saxlanma qabiliyyətinə təsir edən amillər “Azərbaycan Aqrar Elmi jurnalı” № 1 
 
Məqalə tarixçəsi
 
Göndərilib – 06.07.2020 ; Qəbul edilib – 07.08.2020


Vəhşi və əhliləşmiş heyvanların sars-cov-2 koronavirusun yaranması və yoluxmasında rolu




Müəllif

Mehdi Əli

Baytarlıq Elmi-Tədqiqat İnstitutu, biologiya elmləri üzrə fəlsəfə doktoru. Azərbaycan

E-mail: [email protected]  
https://orcid.org/0000-0002-2101-3439
 
Xülasə
 
Məqalədə heyvanların koronavirusları barəsində ədəbi mənbələr araşdırılır, onların patogenlik dərəcəsi, virusun gələcək zamanlarda yayılmasında rolu araşdırılır. Alimlərin dünya üzərində birgə tədqiqatları SARS-CoV-2 koronavirusun yarasa və yırtıcı heyvanların, xüsusilə pişikkimilər fəsiləsinin nümayəndələrinin koronavirusları ilə filogenetik əlaqələrini müəyyən etməyə imkan yaradıb. Ancaq dəvələrdən insana keçən Yaxın Şərq atipik pnevmoniyasının yaranması iri və xırda buynuzlu heyvanların təsərrüfatlarda saxlanmasında təhlükəsizlik tədbirlərinin həyata keçirməsinə xüsusi diqqət tələb edir.
 
 Açar
sözlər
 
Koronaviruslar, heyvan təbiətli rezervuarı, yaranması, yoluxması.
 
DOI
 
10.29932/agroaz/20.14
 
Məqaləyə
    istinad
 
Əli M. (2020) Vəhşi və əhliləşmiş heyvanların SARS-CoV-2 koronavirusun yaranması və yoluxmasında rolu. “Azərbaycan Aqrar Elmi Jurnalı”  № 1
 
  Məqalə
tarixçəsi
 
Göndərilib — 02.07.2020; Qəbul edilib — 03.08.2020


Abşeron bölgəsinin fərdi qoyunçuluq təsərrüfatlarında sistiserkoz törədicilərinin bio-ekoloji xüsusiyyətləri




Müəllif

Aysel Ağayeva

 Sumqayıt Dövlət Universiteti, baş müəllim. Azərbaycan

E-mail: [email protected]
https://orcid.org/0000-0003-0310-7615
 
Xülasə
 
Respublikamız ikinci dəfə müstəqillik qazandıqdan sonra ölkədə sosial-iqtisadi şərait dəyişmiş, ictimai mülkiyyətə əsaslanan kolxoz və sovxozlar ləğv edilmiş, yerində isə xüsusi mülkiyyətə əsaslanan çoxlu sayda xırda kəndli fermer təsərrüfatları yaradılmışdır. Yeni yaradılmış belə təsərrüfatlarda qoyunların helmint faunası, yeni əmələ gəlmiş ocaqların müəyyən edilməsı, onlara qarşı mübarizə tədbirlərinin aparılması və s. məsələlər bəzi kiçik istisnalar nəzərə alınmazsa son illərə qədər öyrənilməmiş qalmışdır. Məqalədə “Cysticercus tenuicollis”, “Cysticercus ovis” növlərinin tədqiqat məntəqələri, hündürlük qurşaqları və ilin fəsilləri üzrə xəstəliklərə yoluxmasının tədqiqindən bəhs edilir. “Cysticercus tenuicollis” invaziyanın yüksək ekstensivlik və intensivliyi ilə Qızıldərə (21%), Ceyranbatan (19,0%), Maştağa, Fatmayı, Şorabad, Tüdar (hər birində 16,6%), Altıağac (16,3%), ən aşağı ekstensivlik və intensivliklə Zirə (8,8%), Hövsan (9,1%) kəndlərində qeydə alınmışdır. Hündürlük qurşaqlarına görə tədqiqatların nəticələrinə əsasən invaziyanın həm ekstensivliyinə (18,9%), həm də intensivliyinə (1-34 qovuq) görə dağlıq zona düzənlik və dağətəyi zonalar üzərində üstünlük təşkil edir.
 
 Açar
sözlər
 
Sistiserkoz, ekstensivlik, intensivlik, yoluxma.
 
DOI
 
10.29932/agroaz/20.11
 
Məqaləyə
  istinad
 
Ağayeva A. (2020) Abşeron bölgəsinin fərdi qoyunçuluq təsərrüfatlarında sistiserkoz törədicilərinin (Cysticercus tenuicollis, Cysticercus ovis) bio-ekoloji xüsusiyətləri. "Azərbaycan Aqrar Elmi". № 1  
 
  Məqalə
tarixçəsi
 
Göndərilib — 06.07.2020; Qəbul edilib — 07.08.2020

Quduzluq və çiçək virusları arasında interferensiya fenomeni


Müəlliflər
 
 

Kübra Yusifova

Baytarlıq Elmi-Tədqiqat İnstitutu, biologiya elmləri üzrə fəlsəfə doktoru. 

E-mail: [email protected]

https://orcid.org/0000-0003-0053-2771

 

Ayub Əliyev Yusupoviç

Federal Dövlət Büdcə Elmi Müəssisəsinin "Dağıstan Respublikasının Federal Aqrar Elmi Mərkəzi"-nin Xəzər Zonası üzrə Baytarlıq Elmi-Tədqiqat İnstitutu, baytarlıq elmləri doktoru. 
E-mail: [email protected]
https://orcid.org/0000-0002-4433-602X
 
Xülasə
 
Məqalədə çiçək və quduzluq virusları arasında interferensiyal aktivliyi haqqında tədqiqat məlumatları verilmişdir. Çiçək virusunun əvvəllcədən quduzluq virusu ilə yoluxmuş ilkin tripsinizasiya olunmuş hüceyrə sistemlərinin interferensiya fenomeninin öyrənilməsi üçün əlverişli bir vasitə olduğu aşkar edilmişdir. Hüceyrə sistemində quduzluq virusu, çiçək virusunun təsiri nəticəsində yaranan sito-patogenez prosesini zəiflədir. İnterferensiya fenomenindən istifadə edərək xroniki infeksiya viruslarının aşkarlanması üçün, sitopatogenik çiçək virusundan indikator kimi istifadəsinin mümkünlüyü müəyyən edilmişdir.
 
 Açar
sözlər
 
Bildirçin embrion hüceyrə mədəniyyəti, interferensiya, çiçək virusu.
 
DOI
 
10.29932/agroaz/20.13
 
Məqaləyə
    istinad
 
Yusifova K., Aliyev Y. A. (2020) Quduzluq və çiçək virusları arasında interferensiya fenomeni. «Azərbaycan Aqrar Elmi». № 1
 
  Məqalə
tarixçəsi
 
Göndərilib — 02.07.2020; Qəbul edilib — 03.08.2020