Kürdəmir rayonunda epizootiya əleyhinə peyvəndləmə tədbirləri davam etdirilir
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) xüsusi karantin rejimi dövründə Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tövsiyə və tələblərinə ciddi riayət olunmaqla, ölkə ərazisində təhlükəli xəstəliklərə qarşı peyvəndləmə və müalicə işlərini davam etdirir.
Aqrar Xidmətlər Agentliyi bildirir ki, hazırda Kürdəmir rayonunda aparılan işlər “Azərbaycan Respublikası üzrə 2020-ci il üçün epizootiya əleyhinə profilaktik və diaqnostik tədbirlər planı"na uyğun həyata keçirilir. Rayon ərazisində iri və xırdabuynuzlu heyvanlarda bruselyoz, dabaq və ev quşlarında nyukasl xəstəliklərinə qarşı peyvəndləmə işi davam etdirilir. Artıq Kürdəmir rayonunda qarayara, nodulyar dermatit, leptospiroz, çiçək və quduzluq kimi xəstəliklərə qarşı vaksinasiya tədbirləri yekunlaşıb.

2020-ci ilin 10 ayı ərzində Kürdəmir rayonunun təsərrüfatlarında 125048 (o cümlədən 17500 baş cavanlarda) baş xırdabuynuzlu heyvanlarda çiçək, 100 baş donuzda taun, 60224 baş (o cümlədən 8669 baş cavanlarda) iribuynuzlu heyvanda nodulyar dermatit, 400 baş iribuynuzlu heyvanda leptezpiroz, 68546 baş (o cümlədən 13205 baş cavanlarda) iribuynuzlu, 107487 baş xırdabuynuzlu, 753 baş təkdırnaqlı heyvanda və 100 baş donuzda qarayara, 4950 baş itdə quduzluq, 63975 baş (o cümlədən 3422 baş cavanlarda) iribuynuzlu, 97556 baş xırdabuynuzlu heyvanda dabaq, 17139 baş iribuynuzlu (“Şt-19” ştammı ilə), 46498 baş xırdabuynuzlu heyvanlarda (“Rev-1” ştammı ilə) bruselyoz, 1196607 baş körpə cücədə (“La-sota” ştammı ilə) və 1187396 baş quşda (“H” ştammı ilə) nyukasl xəstəliklərinə qarşı profilaktik peyvəndləmə aparılıb. Həmçinin həssas heyvanlarda bruselyoz xəstəliyini aşkara çıxarmaq məqsədi ilə qan nümunələri götürülür. Belə ki, 715 baş iribuynuzlu və 1667 baş xırdabuynuzlu heyvandan bruselyozun müayinəsi üçün qan nümunələri götürülərək müvafiq laboratoriyaya göndərilib.
Müvafiq dövr ərzində Kürdəmir rayonunda aparılan peyvəndləmə və invazion xəstəliklər əleyhinə həyata keçirilən tədbirlərlə yanaşı, mal-qara saxlanılan yerlərdə dezinfeksiya işləri də diqqətdə saxlanılıb. Rayonda baytar mütəxəssisləri tərəfindən 2965 obyektin 62868 kvadratmetr sahəsində profilaktik dezinfeksiya işləri həyata keçirilib.
Məlumat üçün qeyd edək ki, heyvanlar arasında aparılan peyvəndləmə tədbirləri “Soyuq zəncir” rejiminə riayət olunmaqla aparılır. Həmçinin heyvan sahiblərinə baytarlıq-sanitariya və biotəhlükəsizlik qaydalarına əməl olunması, heyvandarlıq fermalarının giriş yolunda dezbaryerlər və sanitar-buraxılış məntəqəsinin təşkil edilməsi və koronavirus (COVID-19) infeksiyasının yayılması ilə əlaqədar insanların bir-biri ilə təması zamanı ən azı 2 metr məsafənin gözlənilməsi tövsiyə olunur.
Aqrar Xidmətlər Agentliyi bildirir ki, hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.
Mənbə: www.agro.gov.az Aqrar Xidmətlər Agentliyi, ADAU və Bitki Mühafizə Vasitələri, Gübrə İstehsalçıları və İdxalatçıları Assosiasiyası arasında Anlaşma Memorandumu imzalanıb
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi, Azərbaycan Dövlət Aqrar Universiteti və Azərbaycan Bitki Mühafizə Vasitələri, Gübrə İstehsalçıları və İdxalatçıları Assosiasiyası İctimai Birliyi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

İmzalanma mərasimində çıxış edən Kənd Təsərrüfatı Naziryinin Aparat rəhbəri Rəfail Quliyev bildirib ki, bu sənədin imzalanması aqrar sahədə dövlət-özəl sektor əməkdaşlığının genişləndirilməsi istiqamətində mühüm bir addımdır. O bildirib ki, Anlaşma Memorandumu respublikada məhsul istehsalının artırılması üçün istehsal vasitələrindən düzgün və vaxtında istifadə edilməsi, əkin sahələrində fitosanitar tədbirlərin təşkili və xidmətlərin göstərilməsinin koordinasiya olunması, o cümlədən, bitki sağlamlığı və mühafizəsi, məhsuldarlığın artırılmasının təmin edilməsi üzrə ixtisaslı kadrların hazırlanması məqsədilə imzalanır. Sənədi imzalayan tərəflər ölkə ərazisində sağlam ekoloji mühitin və fitosanitar sabitliyin qorunması, zərərverici, xəstəlik və alaq otlarına qarşı səmərəli mübarizə tədbirlərinin aparılması mexanizminin müasir üsul və texnologiyalardan istifadə etməklə təkmilləşdirilməsi ilə bağlı əməkdaşlıq edəcəklər. Eyni zamanda sənədə əsasən, bitki sağlamlığının innovativ üsullarla izlənməsi, fitosanitar mühitin qorunması və ekoloji cəhətdən səmərəli inteqrir mübarizə sistemlərinin qurulması istiqamətində fitosanitar mütəxəssislərin maarifləndirilməsi, respublikanın bölgələrində istehsalçılara bitki mühafizəsi sahəsində müasir texnoloji proseslər barədə birgə maarifləndirici təlimlərin təşkili və digər istiqamətlər üzrə əməkdaşlıq nəzərdə tutulur.

Astarada heyvanların vaksinasiyası davam etdirilir
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) bildirir ki, Astara Rayon Baytarlıq İdarəsi tərəfindən xüsusi təhlükəli xəstəliklərə qarşı profilaktik tədbirlər davam etdirilir və heyvanlara baytarlıq xidmətləri göstərilir. 
Hazırda “Azərbaycan Respublikası üzrə 2020-ci il üçün epizootiya əleyhinə profilaktik və diaqnostik tədbirlər planı"na uyğun olaraq Astara rayonunda iribuynuzlu, xırdabuynuzlu və təkdırnaqlı heyvanlar arasında qarayara xəstəliyinə qarşı peyvəndləmə tədbiri aparılıb. Belə ki, cari ilin 9 ayı ərzində 39191 baş (o cümlədən 4276 baş cavan iribuynuzlu heyvanda) iribuynuzlu, 20698 baş xırdabuynuzlu və 813 baş təkdırnaqlı heyvanlarda qarayara əleyhinə vaksinasiya işləri görülüb.

Hazırda “Azərbaycan Respublikası üzrə 2020-ci il üçün epizootiya əleyhinə profilaktik və diaqnostik tədbirlər planı"na uyğun olaraq Astara rayonunda iribuynuzlu, xırdabuynuzlu və təkdırnaqlı heyvanlar arasında qarayara xəstəliyinə qarşı peyvəndləmə tədbiri aparılıb. Belə ki, cari ilin 9 ayı ərzində 39191 baş (o cümlədən 4276 baş cavan iribuynuzlu heyvanda) iribuynuzlu, 20698 baş xırdabuynuzlu və 813 baş təkdırnaqlı heyvanlarda qarayara əleyhinə vaksinasiya işləri görülüb.
Agentliyin Astara Rayon Baytarlıq İdarəsi cari ilin 9 ayı ərzində qarayara xəstəliyinə qarşı aparılan tədbirlərlə yanaşı, dabaq xəstəliyinə qarşı 42176 baş iribuynuzlu və 17569 baş xırdabuynuzlu heyvanda, quduzluq xəstəliyinə qarşı 3827 baş itdə, 32 baş ana qoyunda, 13 baş iribuynuzlu heyvanda və 2659 baş vəhşi heyvanda (oral yolla), nodulyar dermatit xəstəliyinə qarşı 44808 baş (6592 baş cavan iribuynuzlu heyvanda) iribuynuzlu heyvanda, çiçək xəstəliyinə qarşı 22596 baş (o cümlədən 3164 cavan xırdabuynuzlu heyvanda) xırdabuynuzlu heyvanda, leptospiroz xəstəliyinə qarşı 4644 baş iribuynuzlu heyvanda, həmçinin quşların nyukasl xəstəliyinə qarşı 189592 baş quşda “H” vaksini ilə, 197120 baş cücədə “La-Sota” vaksini ilə profilaktik peyvəndləmələr yerinə yetirilib. May ayından başlayaraq Astara Rayon Baytarlıq İdarəsi tərəfindən rayon ərazisində iri və xırdabuynuzlu heyvanların bruselyoz xəstəliyinə qarşı peyvəndləməsinə start verilib. Artıq 16839 baş iribuynuzluda “S-19“ ştammı, 13220 baş xırdabuynuzlu heyvanda isə “Rev-1” ştammı ilə peyvəndləmə aparılıb.
Hazırda Astara rayonunda xırdabuynuzlu və iribuynuzlu heyvanların buruselyozuna qarşı göz damcı üsulu ilə, eləcə də mal-qaranın dabaq xəstəliyinə qarşı peyvəndləmə tədbirləri davam etdirilir.
Həmçinin həssas heyvanlarda bruselyoz xəstəliyini aşkara çıxarmaq məqsədi ilə 517 baş ana qoyundan və 333 iribuynuzlu heyvandan bruselyozun müayinəsi məqsədi ilə qan nümunələri götürülüb, laboratoriyaya təqdim olunub. Rayon ərazisində invazion xəstəliklər əleyhinə tədbirlər də icra edilib. Cari ilin 9 ayı ərzində 108 quşda askaridioza, 118 baş iribuynuzlu və 141 baş xırdabuynuzlu heyvanlarda diktikaulyoza, 123 baş iribuynuzlu və 118 baş xırdabuynuzlu heyvanda fassilyoza, eləcə də 33 baş xırdabuynuzlu heyvanda tizaniezioza və monezioza görə koproloji müayinələr aparılıb.
9 ay ərzində Astara rayonunda aparılan peyvəndləmə və invazion xəstəliklər əleyhinə həyata keçirilən tədbirlərlə yanaşı, mal-qara saxlanılan yerlərdə dezenfeksiya işləri də diqqətdə saxlanılıb. Rayonda baytar mütəxəssisləri tərəfindən 5 obyektin 822 kv metr sahəsində profilaktik, 64 obyektin 30990 kv metr sahəsində məcburi dezenfeksiya aparılıb.
Rayonda epizootik tədbirlərin aparılması “Soyuq zəncir” rejiminə düzgün riayət olunması üçün baytarlıq idarəsi lazımı ləvazımat və avadanlıqlarla təmin edilib.
Aparılan tədbirlərin nəticəsidir ki, Astara rayonunda epizootik sabitlik qorunub saxlanılıb, yəni rayonda istehsal olunan ət və süd məhsulları baytarlıq-sanitariya baxımından keyfiyyətli və insan qidası üçün yararlıdır. Çünki heyvanlar arasında hər hansı iti yoluxucu xəstəlik aşkar edilməyib.
Qeyd edək ki, mütəxəssislər tədbirləri xüsusi geyim dəsti, əlcək və qoruyucu maskalardan istifadə etməklə aseptika və antiseptika qaydalarına uyğun yerinə yetirirlər. Aparılan tədbirlər qrup şəklində deyil, iki nəfərin iştirakı ilə həyata keçirilir. Baytar mütəxəssisləri fərdi şəkildə fermer və vətəndaşların təsərrüfatlarında olaraq mövcud heyvanlarda xüsusi təhlükəli xəstəliklərə qarşı peyvənd aparırlar. Aparılan peyvəndləmədən sonra dezinfeksiya işləri görülür. Bunlarla yanaşı, baytar mütəxəssisləri fermer və fərdi təsərrüfat sahiblərinə müxtəlif xəstəliklər haqqında, eləcə də koronavirus pandemiyası ilə bağlı maarifləndirmə işləri həyata keçirirlər. Həmçinin heyvan sahiblərinə baytarlıq-sanitariya və biotəhlükəsizlik qaydalarına əməl olunması, heyvandarlıq fermalarının giriş yolunda dezbaryerlər və sanitar-buraxılış məntəqəsinin təşkil edilməsi, heyvanların yemlənməsi və suvarılmasına xüsusi diqqət göstərilməsi və koronavirus (COVID-19) infeksiyasının yayılması ilə əlaqədar insanların bir-biri ilə təması zamanı ən azı 2 metr məsafənin gözlənilməsi tövsiyə olunur.
Aqrar Xidmətlər Agentliyi bildirir ki, hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.
Mənbə: www.agro.gov.az
Payızlıq əkinlərin vaxtında bəyan edilməsi ilə bağlı fermerlər arasında məlumatlandırma işləri aparılır
Nazirlik yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) əməkdaşları Neftçala rayonunda əkinçi fermerlərlə görüşərək ölkənin ərzaq təhlükəsizliyini təmin etməkdə onların üzərinə böyük məsuliyyət düşdüyünü bildiriblər. Görüşlərdə qeyd edilib ki, fermerlər dövlətin hər zaman onların yanında olduğuna və kənd təsərrüfatı məhsullarının istehsalında onlara dəstək verdiyinə əmin olmalıdır.
Fermerlərə apardıqları əkinlər barədə Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) üzərindən bəyanın vaxtında və doğru təqdim edilməsinin vacibliyi bildirilib. EKTİS-də qeydiyyatdan keçmək qaydası, qeydiyyatı olanlara əkin bəyanı etmək, bəyan üçün lazım olan addımlar ətraflı izah edilib.
Qeyd edək ki, 2020-ci ildən başlayaraq fermerlərin aqrar subsidiyalar üçün müraciətləri elektron sistem üzərindən qəbul edilir və subsidiya məbləğləri onların “Fermer kartı”na köçürülür.
Payız əkinləri üçün bəyanlar ilin sonunadək davam edəcək.
Mənbə:www.agro.gov.az
Kürdəmirdə fermerlərə payızlıq əkinlərin bəyanı ilə əlaqədar səyyar aqrar xidmət göstərilib

Xidmət çərçivəsində fermerlər səyyar xidmət mikroavtobusuna yaxınlaşaraq Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində öz payızlıq əkinlərini bəyan ediblər. Ümumilikdə kənd üzrə 271 fermer EKTİS-də qeydiyyatdadır, bunlardan 2-si hüquqi şəxs, qalanları isə fiziki şəxsdir.
Səyyar xidmət zamanı növbə sistemi təşkil olunub, fermerlərə maska paylanıb, onların müraciətləri təmin edilib.
Qeyd edək ki, fermerlərin xidmətdən istifadə etmək üçün yalnız şəxsiyyət vəsiqəsini təqdim etmək tələb olunur.
Səyyar xidmət mikroavtobusları növbə sistemi, müasir kompüter avadanlıqları, internet təminatı qurğuları, sürətçıxaran cihazlar, qeydiyyat proseduru üçün lazım olan bütün avadanlıqlarla təchiz edilib.
Səyyar xidmətlər bölgələr üzrə qrafik əsasında təşkil olunur və xidmətin təşkili barədə Dövlət Aqrar İnkişaf Mərkəzləri tərəfindən əvvəlcədən fermerlərə məlumat verilir.
Səyyar xidmət əsasən rayon mərkəzlərindən uzaqda yerləşən kəndlərdə təşkil olunur.
Bunadək payızlıq əkinlərin bəyanı ilə əlaqədar Xaçmaz və Masallı rayonlarında müvafiq xidmətlər təşkil olunub. Yaxın günlərdə Şəki, Şəmkir və digər rayonlarda analoji xidmətlərin təşkili nəzərdə tutulur.
2020-ci ildən tətbiq olunan yeni subsidiya mexanizminə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalçılarına subsidiyalar onların bəyanlarına uyğun olaraq verilir. Fermerlər EKTİS-də yaratdıqları şəxsi kabinetlərinə daxil olaraq ərazilərini seçməli, növbəti 4 il ərzində əkəcəyi bitkilər barədə məlumatı və bu payız əkəcəyi bitkini bəyan etməlidir. Payızlıq əkin bəyanına əsasən, sistemdə elektron ərizə formalaşır. Elektron ərizədə fermerin aqrar fəaliyyətinə dair məlumatlar, torpaq sahəsi və payızlıq əkin məlumatları, ödəniləcək subsidiyanın miqdarı yer alır. Fermer ə

Xatırladaq ki, aşağıdakı hallarda fermerlər payızlıq əkinlərə görə subsidiya ala bilməyəcəklər:
- fermer EKTİS-də qeydiyyatdan keçmədikdə;
- Aqrar Subsidiya Şurasının qərarına əsasən müəyyən edilmiş rayonlar üzrə əkin əmsalı 0-a bərabər tutulduqda;
- kateqoriyası kənd təsərrüfatı olmayan torpaqlarda və örüş yerlərində əkin aparıldıqda;
- bəyan edilmiş əkin sahəsinə və çoxillik əkmələrə görə hesablanan məbləğ monitorinq nəticəsində müəyyənləşdirilmiş məbləğdən 20-50 faiz çox olduqda cari il ərzində;
- bəyan edilmiş əkin sahəsinə və çoxillik əkmələrə görə hesablanan məbləğ monitorinq nəticəsində müəyyənləşdirilmiş məbləğdən 50 faiz çox olduqda isə cari il və sonrakı il ərzində;
- tələb olunan sənədlər və məlumatlar düzgün və ya vaxtında təqdim edilmədikdə;
Bundan başqa, əvvəlki dövrdə subsidiyanı başqa məqsədlər üçün xərcləməyə çalışan, 75% nağdsız subsidiyanı nağdlaşdırmağa cəhd edən fermerlər də subsidiya almaq hüququndan məhrum ediləcəklər.
Payızlıq əkinlərin bəyanı ilin sonunadək davam edəcək.
Mənbə:www.agro.gov.az

Masalli rayonunda fermerlərə səyyar xidmət göstərilməsinə başlanilib
EKTİS-də Payizliq Əkinlərin Bəyani Prosesi Davam Edir
Kənd Təsərrüfatı Nazirliyi bölgələrdə fermerlərə səyyar xidmətləri davam etdirir. Səyyar xidmət mikroavtobusları növbə sistemi, müasir kompüter avadanlıqları, internet təminatı qurğuları, surətçıxaran cihazlar, qeydiyyat proseduru üçün lazım olan bütün avadanlıqlarla təchiz edilib.
Oktyabrın 10-da fermerlərə növbəti aqrar səyyar xidmət Masallı rayonunun Xıl kəndində təşkil olunub. Səyyar xidmət zamanı Ele
ktron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatdan keçmiş, torpaq məlumatlarını və payızlıq əkinləri bəyan etmiş fermerlərə "Fermer kartı" verilib. Bundan başqa, xidmət əməkdaşları fermerlərə payızlıq əkinlərin bəyanı ilə bağlı məlumatları EKTİS-ə daxil etməkdə texniki köməklik ediblər. Xıl kəndində EKTİS-də qeydiyyatdan keçmiş 200-dək fermerə səyyar aqrar xidmət göstərilib. Səyyar xidmət göstərən qrupa İT mütəxəssisləri, Aqrar İnkişaf Könüllüləri, Dövlət Aqrar İnkişaf Mərkəzlərinin (DAİM) əməkdaşları daxildir.
Fermerlərin diqqətinə çatdırılıb ki, 2020-ci ildən başlayaraq Azərbaycanda aqrar subsidiyalar Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi üzərindən verilir. EKTİS-də qeydiyyatdan keçmiş fermerlər öz şəxsi kabinetlərinə daxil olaraq əkin məlumatlarını bəyan etməlidir. Dövlət tərəfindən fermerlərə veriləcək subsidiyanın miqdarı əkilmiş məhsulun növündən asılı olaraq dəyişir. Bu səbəbdən əkinlərin bəyan edilməsi Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqində mühüm mərhələ sayılır. Səyyar xidmətdən yararlanmaq istəyən fermerlərin təkcə şəxsiyyət vəsiqəsi ilə müraciət etməsi kifayətdir.
Növbəti günlərdə qrafik üzrə Masallı rayonunun digər kəndlərində də fermerlərə səyyar aqrar xidmət göstərəcək.
Qeyd edək ki, səyyar xidmət bölgələr üzrə qrafik əsasında təşkil olunur və xidmətin təşkili barədə Dövlət Aqrar İnkişaf Mərkəzləri tərəfindən fermerlərə əvvəlcədən məlumat verilir. Hazırda Xaçmaz və Masallı rayonlarında vasitəsilə fermerlərə səyyar xidmətlərin göstərilməsi davam edir. Növbəti həftədən başlayaraq Şəmkir və Şəkidə, daha sonra digər rayonlarda analoji xidmətlərin göstərilməsinə start veriləcək.
Mənbə:www.agro.gov.az


Kənd Təsərrüfatı Nazirliyi bölgələrdə fermerlərə səyyar xidmətləri davam etdirir. Səyyar xidmət mikroavtobusları növbə sistemi, müasir kompüter avadanlıqları, internet təminatı qurğuları, surətçıxaran cihazlar, qeydiyyat proseduru üçün lazım olan bütün avadanlıqlarla təchiz edilib.
Oktyabrın 10-da fermerlərə növbəti aqrar səyyar xidmət Masallı rayonunun Xıl kəndində təşkil olunub. Səyyar xidmət zamanı Ele

Fermerlərin diqqətinə çatdırılıb ki, 2020-ci ildən başlayaraq Azərbaycanda aqrar subsidiyalar Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi üzərindən verilir. EKTİS-də qeydiyyatdan keçmiş fermerlər öz şəxsi kabinetlərinə daxil olaraq əkin məlumatlarını bəyan etməlidir. Dövlət tərəfindən fermerlərə veriləcək subsidiyanın miqdarı əkilmiş məhsulun növündən asılı olaraq dəyişir. Bu səbəbdən əkinlərin bəyan edilməsi Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqində mühüm mərhələ sayılır. Səyyar xidmətdən yararlanmaq istəyən fermerlərin təkcə şəxsiyyət vəsiqəsi ilə müraciət etməsi kifayətdir.
Növbəti günlərdə qrafik üzrə Masallı rayonunun digər kəndlərində də fermerlərə səyyar aqrar xidmət göstərəcək.
Qeyd edək ki, səyyar xidmət bölgələr üzrə qrafik əsasında təşkil olunur və xidmətin təşkili barədə Dövlət Aqrar İnkişaf Mərkəzləri tərəfindən fermerlərə əvvəlcədən məlumat verilir. Hazırda Xaçmaz və Masallı rayonlarında vasitəsilə fermerlərə səyyar xidmətlərin göstərilməsi davam edir. Növbəti həftədən başlayaraq Şəmkir və Şəkidə, daha sonra digər rayonlarda analoji xidmətlərin göstərilməsinə start veriləcək.
Mənbə:www.agro.gov.az


Kənd Təsərrüfatı Naziri Cənab İnam Kərimov Ağdaş və Göyçayda təsərrüfatlara baş çəkib, fermerlərlə görüşüb
Nazir Ağdaş rayonunda tinglər üçün calaqaltı materialı istehsal edən müstəqil laboratoriyanın fəaliyyəti ilə tanış olub, laboratoriyalarda hazırlanan ting materiallarının əkildiyi təcrübə sahəsinə baş çəkib.
İnam Kərimov həmçinin Göyçay rayonunun Şəhadət kəndində fermer Natiq Zakirovun çəltik sahəsinə, Potu kəndində fermer Eldar Vəliyevin nar bağına, Yalman kəndində salınmış xurma bağına, 2000 ton saxlama tutumu olan soyuducu anbara və fermer Seymur Kazımovun heyva bağına baş çəkib.
Fermerlər məhsul yığımına hazırlıq prosesi, satışın təşkili, emal imkanları barədə məlumat veriblər.
Görüşlərdə bağlarda düzgün aqrotexniki qulluq edilməsi, intensiv bağların genişləndirilməsi, çoxillik əkmələrdə müasir suvarma sistemlərinin quraşdırılması barədə fikir mübadiləsi aparılıb, fermerlərin dövlətin bu prosesə verdiyi dəstək mexanizmlərindən geniş yararlandığı qeyd olunub.
Mənbə:www.agro.gov.az

Kənd Təsərrüfatı naziri cənab İnam Kərimov Göyçayda nar istehsalçıları ilə onlayn videokonfrans keçirib

Kənd Təsərrüfatı naziri İnam Kərimov videokonfransda çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aqrar sahə iqtisadiyyatın prioritet sahələrindən biri elan edilib. Ölkənin ərzaq təhlükəsizliyini təmin etmək, aqrar sahədə davamlı inkişafa nail olmaq üçün Kənd Təsərrüfatı Nazirliyinin qarşısında məhsuldarlığını artırmaq, ixrac potensialını gücləndirmək, məşğulluğu daha da genişləndirmək vəzifələri dayanır. Qarşıya qoyulmuş vəzifələrin icrası məqsədilə Kənd Təsərrüfatı Nazirliyi aqrar sektorun müxtəlif sahələri üzrə ixtisaslaşmış assosiasiyalar, emal müəssisələri və fermerlərlə müxtəlif formatlı görüşlər keçirir. Nazir nar və nar məhsullarının ixrac potensialının yüksək olduğunu, dövlətin bu sahənin inkişafı üçün davamlı dəstək tədbirləri gördüyünü, subsidiyalar ayırdığını deyib. Bildirib ki, hazırda narçılığın inkişafı ilə əlaqədar qarşıda duran əsas vəzifələr məhsulun keyfiyyətini və orta məhsuldarlıq göstəricilərini artırmaqdır.

Videokonfrans iştirakçıları Kənd Təsərrüfatı Nazirliyinin təşəbbüsü ilə bu cür formatda müzakirələrin ənənəvi xarakter daşımasından razı qaldıqlarını bildirib, səsləndirilən təkliflərin reallaşması istiqamətində atılan addımların müsbət qiymətləndiriblər.
Qeyd edək ki, Azərbaycanda narçılığın inkişafı dövlət tərəfindən dəstəklənir. Hazırda ölkədə nar bağlarının əkin sahəsi 22,9 min hektara çatıb. Mövcud nar bağlarının 21,1 min hektarı bar verən yaşdadır. Nar bağlarının 56 faizi Göyçay, Kürdəmir, Ağsu, Ucar və Sabirabad rayonlarının payına düşür. Ötən il nar bağlarında orta məhsuldarlıq 85,6 sentner təşkil edib.
Mənbə: www.agro.gov.azÜzüm qida lifinin hazırlanma xüsusiyyətinin şərabın texnoloji prosesinə təsiri

Müəllif | Hikmət Soltanov Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutununun “Üzümün emalı və şərabın texnologiyası” şöbəsinin doktorantı, Azərbaycan E-mail: [email protected] https://orcid.org/0000-0002-8723-0997 .3 |
Xülasə | Təbii süfrə şərabları texnologiyasının təkmilləşdirilməsi üçün şərabçılıq sənayesinin təkrar xammalından, xüsusi olaraq üzüm cecəsindən istifadə olunması tədqiq edilmişdir. Tədqiqatda təkrar xammal olaraq üzüm giləsinin qabığının istər təzə halda, istər quru, istərsə toz və yaxud qida lifi kimi müstəqil olaraq istifadə imkanları nəzərə alınaraq onun üzərində dayanılmışdır. Bununla əlaqədar olaraq müasir texnoloji avadanlıq və üzüm emal texnologiyasından istifadə etməklə alınmış cecənin tədqiqi həyata keçirilmişdir. İşləyib hazırladığımız texnologiya əsasında iki tip qurutma – infraqırmızı şüalanma və qurutma şkafında olmaqla hazırlanmış üzüm qida lifindən istifadə olunmuşdur. Alınan nəticələr üzüm qida lifinin qurudulma tipinin onların xırdalanma dərəcəsinə nisbətən hazırlanmış şərab materiallarının kimyəvi tərkibinə daha çox təsir göstərdiyini sübuta yetirmişdir. Elmi-tədqiqat işləri əsasında qeyd etmək olar ki, infraqırmızı şüa ilə qurutma daha keyfiyyətli üzüm qida lifi alınmasını təmin edir və həmin üzüm qida lifi şərabın texnoloji prosesinə daha müsbət təsir göstərir. Şərabın ekstrakt göstəricisinə üzümün yetişgənlik dərəcəsi, həmçinin qıcqırma zamanı toplanan maddələr, o cümlədən qliserin və digər uçucu olmayan çoxatomlu spirtlər, azotlu və mineral maddələr, turşular və onların duzları və digər ekstraktiv maddələr təsir göstərir. Gətirilmiş ekstraktın kütlə konsentrasiyası göstəricilərinə əsaslanaraq qeyd etmək olar ki, qıcqırma zamanı şərab qida liflərinin bioloji dəyərli komponentləri ilə zəngindir. Onların şəraba keçməsi isə qida liflərinin xırdalanma dərəcəsi və qurudulma üsulundan asılı olur. |
Açar sözlər | Şərab, üzüm, üzüm qida lifi, fiziki-kimyəvi və sensor analiz. |
DOI | 10.29932/agroaz/20.31 |
Məqaləyə istinad | Soltanov. S., (2020) Üzüm qida lifinin hazırlanma xüsusiyyətinin şərabın texnoloji prosesinə təsiri. “Azərbaycan Aqrar Elmi jurnalı”№ 1 |
Məqalə tarixçəsi | Göndərilib – 06.07.2020; - Qəbul edilib – 06.07.2020 |
Dənəvər materialları çeşidləyən qurğunun keyfiyyət göstəricilərinin tədqiqi
Müəllif | Bəylər Abbasov Azərbaycan Texniki Universiteti “meterologiya və standartlaşdırma” kafedrasının dissertantıAzərbaycan E-mail: [email protected] https://orcid.org/0000-0002-2266-7020 |
Xülasə | Məqalə dənəvər materialları, o cümlədən fındıq ləpəsi, lobya, noxud və b. ərzaq xammallarını çeşidləyən qurğunun işlənib hazirlanması və təcrübi tədqiqinə həsr olunmuşdur. İxtira səviyyəsində işlənilmiş dənəvər materialları çeşidləyən qurğunun müasir ağır və yüngül sənaye istehsalatında, həmçinin aqrar sektorda istifadəsinin aktuallığı və böyük əhəmiyyəti göstərilmişdir. Müəyyən edilmişdir ki, yüngül sənaye, kənd təsərrüfatı istehsalatında, həmçinin ağır sənayedə istifadə olunan texniki vasitələr içərisində daha böyük xüsusi çəkiyə malik olan qurğulardan biri də lentli nəqletdiricilərdir.. Fındıq ləpəsinin çeşidlənməsi zamanı çeşidlənmə göstəricilərinin qrafiki təsviri verilmişdir. Təcrübi tədqiqatların qrafiki təsvirinin analizi göstərir ki, fındıq ləpəsinin çeşidlənməsi ilə əlaqədar tədqiqatlar zamanı β=0,39 rad; v_l=0,15m/san, həmçinin α=0,20 rad olduqda digər göstəricilərə nisbətən ərzaq xammallarının çeşidlənmə göstəriciləri daha yüksək olur. |
Açar sözlər | Bazara çıxış, satış kanalları, paritet qiymətlər, nominal mühafizə əmsalı |
DOI | 10.29932/agroaz/20.05 |
Məqaləyə istinad | Hacıyeva S. (2020) Fermerlərin bazara çıxış problemləri. “Azərbaycan Aqrar Elmi jurnalı”. № 1 |
Məqalə tarixçəsi | Göndərilib —14.08.2020 ; Qəbul edilib — 15.09.2020 |