Məqsədi və Fəaliyyət sahəsi

Jurnal ictimai həyatın elmi və istehsalat iqtisadi məsələlərinin işıqlandırılmasında fəal iştirak edir.
Jurnal Kənd Təsərrüfatı Nazirliyinin elmi-tədqiqat institutlarında və digər aqraryönümlü elmi-tədqiqat və təhsil müəssisələrində aparılan respublikanın kənd təsərrüfatı üçün mühüm əhəmiyət kəsb edən torpaqlarının münbitliyinin yaxşılaşdırılması, biomüxtəlifliyinin qorunması, saxlanılması və istifadəsi, bitkiçilikdə və heyvandarlıqda yeni yüksək məhsuldar sort və cinslərin yaradılması, mütərəqqi texnologiyaların hazırlanması və kənd təsərrüfatı yönlü müəssisə , institutu, ali məktəb müəllimlərinin, elm adamlarının, dissertantların, doktorların yazıları dərc olunur.
Jurnal elmi işçilərin, kənd təsərrüfatı ali məktəb və texnikum müəllimlərin, həmçinin kənd təsərrüfatı mütəxəsisləri və rəhbər işçilərinin istifadəçisi üçün nəzərdə tutulmuşdur.
Jurnal kənd təsərrüfatı elmi idarələrində tədqiqat işlərinin səviyyəsinin yüksəldilməsinə aktual problemlərin müvəffəqiyyətlə həll edilməsinə, yeni mütərəqqi metod və üsulları elmi surətdə yekunlaşdırılıb respublikanın təsərrüfatlarında həyata keçirilməsinə hərərəfli kömək etməyi qarşısına məqsəd qoymuşdur.