QARĞIDALININ AZƏRBAYCAN MƏNŞƏLİ (F1) HİBRİDLƏRİNİN YARADILMA PERSPEKTİVLƏRİ

Qarğıdalının yüksək məhsuldar və çox istiqamətli istifadə imkanlarına malik olmasıonun dünyada sürətlə və geniş yayılmasını şərtləndirir.Məhsuldarlıq potensialı, yeyinti sənayesi və yemlik üstünlükləri ilə qarğıdalı ən əhəmiyyətli dənli bitkilərdən biridir. Əkinlərinin suvarmada genişləndirilməsi və intensiv becərmə texnologiyalarının tətbiqi son illərdə qarğıdalı dəni məhsuldarlığının və ümumi məhsul yığımının ikiqat artımını təmin edir. Hibridlərin potensial dən məhsuldarlığı 20 t/ha və ya daha çox ola bilir.Qarğıdalı yüksək məhsuldarlıq və adaptivlik potensialı olan universal taxıl bitkisi kimi yüksək plastikliyinə görə torpaq və iqlim faktorlarını məhsuldar istifadə etmək imkanına malik olub, torpağın su və qida rejimlərinin, əkinlərin ümumi aqrotexniki vəziyyətininyaxşılaşdırılmasına məhsuldarlığın 
artımı ilə cavab verir.
Yekun məhsula kompleks amillər təsir edir ki, bunların arasında sort aparıcı rola malikdir. Tədqiqatlarda müasir şəraitdə istehsalata xüsusi torpaq və iqlim şəraitlərinə uyğunlaşmış yerli sort və hibridlərin tətbiqinin zəruriliyi qeyd edilir. Sort və ya hibrid, dəyişən xarici mühit şərtlərinə uyğunlaşa bildikdə, hər il sabit yüksək məhsul verir. Bu gün sortun genotipi və məskunlaşma yerinin uyğunluğu xüsusilə aktualdır. Bu baxımdan, k/t məhsulları istehsalında xarici seleksiya sortlarına nisbətən yerli sortlara daha çox üstünlük verilməlidir.
Yerli sort və hibridlər əlverişsiz hava şəraiti baxımından kifayət qədər adaptiv olduğundan idxal olunan hibrid və ya sortlardan daha üstündür.
Ümumi məhsul yığımı və qarğıdalı dəni istehsalının effektliliyinin artırılması üçün ən əlverişli mənbələrdən bir optimal sort strukturundan istifadədir.Zonaların torpaq-iqlim şərtlərinə əsasən əkinlərin optimal sort strukturunun müəyyənləşməsi zamanı müxtəlif tələb vəstabillik səviyyələrinə, vegetasiya 
dövrünün uzunluğuna malik sort və hibridlərin kompleksi  mövcud olmalıdır. Yalnız sort və hibridlərin optimal nisbəti maksimal dərəcədə regionun mövcud torpaq iqlim potensialını istifadə etməyə imkan verib, məhsuldarlığın və onun stabilliyinin sonrakı artımını təmin edir.
Hazırda rəqbətqabiliyyətliliyinə görə intensiv tipli sort və hibridlərə üstünlük verilməsinə baxmayaraq onlar adaptivliyinin zəif olması səbəbindən çox vaxt ekstremal şəraitlərdə digərlərinə nisbətən daha az məhsul verir. Bu baxımdan morfoloji əlamətlərə görə seçmə aparıldıqdan sonra, genotipin ümumi adaptivlik qabiliyyətinin də yoxlanması zəruridir. Yəni genotiplərin  reaksiya norması ilə şərtlənən sort aqrotexnikası elementlərinin optimallaşdırılması, müəyyən  texnoloji tələblərə cavab verən, dəyişkənlik və məskunlaşma yerinin dəyişən şəraitinə uyğunlaşmaq qabiliyyətinin olmasıilə regionun torpaq iqlim şəraitini kifayət qədər istifadə edən və eyni  zamanda mühitin əlverişsiz amillərinin cəminə tələb edilən davamlılıq dərəcəsinə malik adaptiv hibridlərin seçilməsi zəruridir. Bu halda müxtəlif tələb, stabillik və vegetasiya dövrü uzunluğuna malik sort və hibrid kompleksinin olması zəruridir. Yalnız sort və hibridlərin optimal nisbəti rayonun  torpaq iqlim potensialını maksimal səviyyədə istifadə etməyə imkan verib, məsuldarlığın artmasına və onun stabilliyinə şərait yaradır.
Qarğıdalı nəmliyi çox qənaətlə istifadə etmə kimi mühüm bioloji xüsusiyyətə malikdir, belə ki, o 1 ton quru maddə yaradılmasına əksər 
dənli taxıl bitkilərindən təqribən 2 dəfə az su sərf  edir.Lakin nisbətən kiçik transpirasiya əmsalı qarğıdalını su rejiminə tolerant bitki hesab etməyə əsas vermir. N.A.Drozdova görə daha yüksək məhsuldarlıq bitkilərin çiçəkləməsinin ən yaxşı nəmlik şəraitində keçdiyi səpin müddtələrində əldə edilir. O, qeyd edir ki,qarğıdalı  əkinində ən yaxşı səpin müddətini səhvsiz müəyyən etmək üçün yağıntıların düşməsinin  daimiliyinə qəti zəmanət olmalıdır..Bu bitki yüksək məhsuldarlığa və uzun inkişaf tsiklinə malikolmaqla, vegetasiya dövrü ərzində 
ümumi su ehtiyatlarına kifayət qədər yüksək tələbgöstərir. Lakin qrğıdalı tərəfindən suyun istifadəsi zaman çərçivəsində qeyri bərabər paylaşan prosesdir. Onun maksimal istifadəsi süpürgələmədən 10 gün əvvəl başlayıb, ondan 20 gün sonra başa şatır ki, bu da kritik susərfi dövrünü təşkil edir. P.Meidemaya görə bu dövrdə torpaqdakı nəmlik ehtiyatından çox yağıntılar böyük rol oynayır. Qarğıdalının böyüməsi, inkişafı və məhsuldarlığına su çatışmazlığının təsiri bitkinin inkişaf fazasından asılıdır. İlkin inkişaf dövründə (cücərmə -10-11 yarpaq) qarğıdalının suya ehtiyacı minimaldır, lakin bu fazalarda stres situasiyalar yarpaqların inkişafını tormozlandırır. Bu hadisə bitki yuvenil fazadan çıxdıqdan sonra da fotosintetik aktivliyin maksimumunun daha gec tarixlərə sürüşməsində və s. özünü göstərir. Ən çox zərər kritik dövrdə vurulur. Bu fazada quraqlıq tozcuq və dişiciklərin qurumasına, meyozun pozulmasına, bununla da qıçada dənsizliyə (keçəlliyə) və barsız bitkilərin yaranmasına səbəb olur.Stresin intensivliyi və davametməsindən asılı olaraq məhsul itkisi 20-50% hətta çox da ola bilir.Qarğıdalı bitkisi quraqlığa müəyyən dərəcədə davamlılıq göstərə bilir ki, bu hibridin fenoloji eyniliyi, yüksək su saxlama qabiliyyəti, xlorofil “b”-nin yüksək miqdarı, tənəffüs və fotosintezin sabitliyi, transpirasiyanın müxtəlif intensivlik səviyyələrinə sürətlə keçmə  qabiliyyəti kimi fizioloji mexanizmlər kompleksi sayəsində baş verir. Qarğıdalı həyatiliyini saxlamaqla kifayət qədər uzun müddətdə soluxmuş vəziyyətdə qalıb, yağıntıların düşməsi ilə normal fəaliyyətini bərpa edə bilir. Yalnız rayonun təbii amillərinin tam səciyyəsi əsasında seleksiyaçılar gələcək sortda toplanacaq xassə və əlamətləri əks etdirən bitki modelini yarada bilərlər.Genotipin fenotipdə reallaşmasının fizioloji mexanizmi olduqca mürəkkəbdir. Bu halda  məskunlaşma mühiti bir çox kəmiyyət və keyfiyyət xüsusiyyətlərinə təsir edərək aktiv rol  oynayır. Toxumların istehsalının aparıldığı ətraf mühitin elementləriorqanizmin inkişafı üçün  zəruridir.  Artırılan sortlar genetik potensialını yalnız yaradıldıqları şəraitdə reallaşdırır.
Fon dolayı formada təbii seçmə elementi olub, xüsusi mühit şəraitinə spesifik olaraq  uyğunlaşmış genotiplərin seleksiya baxımından üstünlüyünü üzə çıxarır. Qlobal iqlim  dəyişkənliyi şəraitində adaptiv sortlar yaradılarkən ənənəvi metodların istifadəsi perspektiv deyildir. Bu istiqamətdə daha effektli işllər ekoloji seleksiya metodları ilə aparıla bilər ki, bunlardan biri ilkin materialın seçilməsi və qiymətləndirilməsinin ekofonlarda adaptivlik parametrlərinə əsasən aparılmasıdır.
Qarğıdalı sort və hibridləri bir-birindən bir çox bioloji, iqtisadi, morfoloji, genetik xüsusiyyət və əlamətləri ilə fərqlənirlər. Ümumilikdə dənin sənaye istehsalında ən zəruri problemlərdən biri, əsas xəstəlik və zərərvericilərə immun və adaptiv, məhsuldarlığın yüksək genetik potensialına malik sort və hibridlərin olmasıdır.
Yüksək məhsuldarlıq potensialı olan yeni qarğıdalı hibridlərinin istehsalata tətbiqi ilə onların məhsuldarlığını sabitləşdirmək məsələsi kəskin xarakter almışdır: yalnız hibridlərin  xüsusi ətraf mühit şəraitlərinə və aqrotexnika səviyyəsinə zəif uyğunlaşması ilə məhsul itkisi 30% və daha çox olur. Bundan əlavə qeyd edilməlidir ki, müasir qarğıdalı hibridlərinin ekoloji davamlılığı XX əsrinsortlarına nisbətən aşağıdır.
Bəzi tədqiqatlara görə yeni sortun uğurla seçilmiş genlərin ahəngi və birləşməsi,yüksək məhsuldarlıq üzrə seçmənin isə ən çətin 
vəzifələrdən biri olduğu vurğulanır. Yeni yaradılmış sortların məhsuldarlığı səviyyəsində əhəmiyyətli dərəcədə artım əldə etmək üçün böyük əmək tələb olunur. Bununla yanaşı, əkinçiliyin təkmilləşdirilməsi ilə birgə yeni yüksək məhsuldar sort və qarğıdalı hibridlərinin tətbiqi qısa müddətdə dən istehsalını 2 dəfəvə ya daha çox artırmağa imkan verir.İntensiv tipli sort və hibridlər istənilən şəraitdə yaxşı məhsul verə bilmir, yüksək agrofonvə yüksək gübrə normaları tələb edir. Xarici seleksiyanın intensiv tipli qarğıdalı  hibridləri streslişəraitlərdə yerlilərlə müqayisədə daha çox əziyyət çəkir. Müasir şəraitdə sort və hibridlərin müxtəlif aqronomik üsullara fərdi cavab verməsi ilə əlaqədar onların hər biri üçün torpaq-iqlim şəraitinə uyğun sort aqrotexnikasının təmin edilməsi zəruridir.
Hibrid qarğıdalı inbred xətlərdən istifadə etməklə arzu olunan əlamətin ayrı-ayrılıqda valideynlərdən daha güclü olduğuuna görə istehsal edilir və seçilir. F1 nəsildə bütün xəttlərinkişaf və böyümədə eyni olub, aqronomik göstəricilər və keyfiyyətə görə geniş həddə  fərqlənirlər. Hibridlər seçilərkən yetişkənlik, xəstəliklərə davamlılıq və potensial məhsuldarlığın nəzərə alınması zəruridir.
Hibrid qarğıdalı seleksiyasında hibrid gücü və yaxud heterozis hadisəsi xüsusi yer tutur. Genotipinə görə, yəni mənşəyinə, ekoloji cəhətlərinə, kompleks morfoloji və bioloji,  habelə təsərrüfat xüsusiyyətlərinə görə bir-birindən kəskin fərqlənən nümunələr hibridləşdirildikdə yüksək heterozislik meydana çıxır. Bu üsulun mahiyyəti ondan ibarətdir ki, təmiz xətləri bir-biri ilə hibridləşdirdikdə (Fı) birinci nəsil bir sıra əlamət və xüsusiyyətlərinə görə əksər hallarda, valideyn formalara nisbətən, məhsuldarlığına, vegetativ orqanların inkişafına, qeyri-uyğun mühit şəraitinə davamlılığına və digər əlamətlərə görə üstün olur. Heterozis hadisəsinin xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, hibrid gücü yalnız birinci nəsildə müşahidə olunur, sonrakı nəsillərdə get-gedə azalır. Beləliklə, şərh edilən ədəbiyyat icmalına əsasən qlobal iqlim dəyişkənliyi fonunda “yeni nəsil” sortlarla yanaşı torpaq iqlim şəraitinə uyğun intensiv tipli qarğıdalı hibridlərinin yaradılması böyük əhəmiyyət kəsb edir.
Azərbaycanda heyvandarlıq kənd təsərrüfatının inkişaf etmiş sahələrindən biri kimi, əhalinin ərzaq məhsullarına olan tələbatının çox hissəsini təmin edir. Respublikada əhalinin zəruri ərzaq məhsulları ilə təmin edilməsi məqsədilə aqrar bölmədə aparılan köklü islahatlar bu sahənin daha sürətlə inkişafına əlverişli zəmin yaratmış və müvafiq olaraq heyvandarlıq məhsulu istehsalının artırılması sahəsində qarşıya vacib məsələlər qoyulmuşdur. Bu məsələlərin həlli  baxımından heyvandarlıq məhsullarına ildən ilə artan tələbata uyğun olaraq bütün yem növlərinin keyfiyyətinin yaxşılaşdırılması, bununla yanaşı onların təminedici dərəcədə artırılması tələb edilir.Qarğıdalınınəhəmiyyətli yem mənbəyi olmasıonun dən və yaşıl kütləsinin yüksək keyfiyyəti, yemçilikdə istifadəsinin müxtəlifliyi,aşağı nəmlik şəraitində yüksək məhsuldarlıq formalaşdırmaq potensialı ilə şərtlənir. Ölkəmizdə qarğıdalının çox saylı məhsuldar sortları yaradılmış, onların becərilmə texnologiyalarıişlənmişdir. Bununla bərabər, daha tezyetişən sort və hibridlərin yaradılması, onların məhsuldarlığı və toxum keyfiyyətinin artırılması məqsədi ilə zəmanətli yetişməsinə və tam mənada potensial imkanlarını reallaşdırmağa şərait yaradan bir çox problemlərin həlli təmin edilməmişdir.Məlumdur ki, qarğıdalı məhsulunun təxminən    78%-i heyvandarlıqda istifadə edilir. Qarğıdalı dəni qaramal və quş üçün ən qiymətli yemdir. Bir kiloqram quru dəndə 1,34 yem vahidi və 78 qram həzm olunan protein vardır. Dənindən həm qarışıq yem istehsalında istifadə olunur, həm də, çox keyfiyyətli silos alınır.Bu istiqamətdə heyvandarlığın inkişafı üçün tərkibində zülal, karbohidrat, mineral duz və bir sıra vitaminlərlə zəngin yem istehsalının artırılması çox əhəmiyyətlidir.Heyvandarlığın yem bazasının möhkəmləndirilməsi məqsədi ilə 
hazırda respublikamızda qarğıdalı istehsalının artırılması yollarının araşdırılması aktualdır.Buna görə də, seleksiya yolu ilə təkmilləşdirilmə ilə yanaşı, qarğıdalının yeni sort və hibridlərinin yaradılması və kondisiyalı toxum istehsalı texnologiyasının mövcud elementlərinin yaxşılaşdırılmasına ciddi zərurət vardır.
Son illərdə respublikada xarici hibridlərin istifadəsinin perspektivliyi xüsusi qeyd edilir. Ultrateayetişən sortpopulyasiyalar və 
hibridlərin daha gecyetişənlərə nisbətən üstünlüyü, məhsuldarlıq potensialının aşağı olmasına  baxmayaraq, onların tam yetişmə 
mərhələsində yığılmasının mümkünlüyü ilə müəyyən  edildiyindən, quru dən əldə etməklə yanaşı, həm qurutma xərclərinin bir hissəsinin azalması, həm də növbəti əkinə hazırlıq üçün sahənin daha tez boşalmasınaşərait yaranır. Yerli seleksiyaya mənsub sort-populyasiyaların və ya hibridlərin əkin üçün istifadəsinin kifayət qədər yüksək dən məhsulununəldə edilməsinə və hər il təsərrüfatların 
hibrid toxumu satınalma ehtiyacından azad olmasına  imkan yaradacağı nəzərə alınaraq, stres faktorlara davamlılıq baxımından qarğıdalının  respublikamızın  müxtəlif becərmə şəraitləri üçün müvafiq yerli F1
hibridlərinin yaradılması və istehsalı aktual hesab edilir.
Seleksiya işi baxımından uzun illər ərzində Əkinçilik Elmi Tədqiqat İnstitutunda, duplikat nüsxələri AMEA Genetik Ehtiyatlar İnstitutunun nəzdində yerləşən Azərbaycan Respublikası Milli Genbankında mühafizə edilən, yeni hibrid və sortların alınmasına geniş potensial imkanlaraçanyerli və introduksiya edilmiş 500-ə yaxın kolleksiya nümunəsindən ibarət zəngin ilkin material fondu toplanmışdır.Təqdim edilmiş işin məqsədi respublikanın müxtəlif becərmə şəraitlərinə (nəmliklə təmin olnmuş, nəmliklə qismən təmin olnmuş və suvarma) uyğun intensiv tipli yüksək  məhsuldar qarğıdalı hibridlərinin yaradılmasıperspektivlərinin tədqiqi olmuşdur.
Material və metodlar. Zaqatala Bölgə Təcrübə Stansiyasının (BTS) Pərzivan sahəsində 2015-2017-ci illərdə 400 kolleksiya nümunəsinin əkini aparılmış, stress faktorlara davamlılıq və məhsuldarlıq elementlərinin tədqiqinə əsasən 3 ilə görə hibrid qarğıdalı istehsalı məqsədi iləümumilikdə, müsbət təsərrüfat əhəmiyyətli göstəricilərə malik 79nümunə müəyyənləşdirilmişdir. Hibrid qarğıdalı istehsalı üçün növbəti illərdə bu nümunələrinana valideyn kimi yüksək irsi 
dəyişkənliyin alınması məqsədi iləyüksək məhsuldar orta gecyetişkən Zaqatala 68, Zaqatala 420 və Yerli Yaxşılaşdırılmış Zaqatala sortları ilə çarpazlaşdırılması və kombinasiyalılıq qabiliyyətinin müəyyənləşdirilməsinəzərdə tutulur.
Nəticələr və onların müzakirəsi. Qarğıdalıda bitki boyu ən əhəmiyyətli morfoloji əlamət olub, qıçanın birləşmə hündürlüyü, yarpaq sayı, yatmaya davamlılıq vəməhsuldarlıq kimi digər göstəricilərlə korelyativ əlaqəlidir. Bundan əlavə, bitkinin hündürlüyü qarğıdalının sənaye texnologiyası ilə becərilməsi və hibridləşmə sahələrində valideyn cütlərinin seçilməsi zamanı böyük əhəmiyyət kəsb edir. Adətən hibridlərin bitki boyu valideyn formaların boyundan əhəmiyyətli dərəcədə asılı olur. Qıçanın gövdəyə birləşmə hündürlüyü bitki boyu və qıçadan dən sayı ilə müsbət korelyasiya təşkil edən əlamətdir. Öyrənilən əlamətin vegetasiya dövrünün uzunluğunun göstəricisi olan yığım zamanı qıçalarda quru maddə miqdarı ilə əksərən əhəmiyyətsiz, lakin mənfi korrelyasiya təşkil etdiyi qeyd edilir.
Dən məhsulu və qıçanın uzunluğu arasında çox vaxt kifayət qədər sıx əlaqə olmasa da, bu göstərici qarğıdalı məhsulununəsas kəmiyyət göstəricilərindən olub, onun strukturunu təşkil edən əsas elementlərdəndir. Qıçanın uzunluğu əlaməti qarğıdalıda kifayət qədər dəyişkən kəmiyyət əlaməti olub,hibrid və xətlərdə onun mütləq qiyməti becərmə şəraitindən asılı olaraq əhəmiyyətli dərəcədə dəyişir.Göstərilənləri nəzərə alaraq tərəfimizdən qarğıdalının F1hibridinin istehsalı məqsədi ilə ana valideyn kmi qısa boylu və nisbətən orta böylu nümunələrin seçilməsinə diqqət yetirilmişdir. 2015-2017-ci illərdə sahə şəraitində seçilən 76 sabit xəttdən bitki boyu, qıçanın birləşmə hündürlüyü, yarpaq sayı və 1000 dən kütləsinə görə 42 nümunə kompleks müsbət göstəriciləri ilə fərqlənmişdir. Belə ki,
5 nümunədə bitki boyu 130-165 sm, qıçanın birləşmə hündürlüyü 45-65 sm, yarpaq sayı 
10-12 ədəd, 1000 dənin kütləsi 204-283 qr, 21 nümunədə bitki boyu 170-190 sm,
qıçanın birləşmə hündürlüyü 50-80 sm, yarpaq sayı 10-12 ədəd, 1000 dənin kütləsi 213-313 qr, 16 nümunədə isə bitki boyunun 200-210 sm, qıçanın birləşmə hündürlüyünün 
60-90 sm, yarpaq sayının 11-13 ədəd, 1000 dənin kütləsinin 231-363qr intervalında dəyişdiyimüəyyən edilmişdir. Bu nümunələrdə qovuqlu sürmə və fuzarioz xəstəliyinə sirayətlənmə müşahidə edilməmişdir. Zaqatala 68, Zaqatala 420və Yerli Yaxşılaşdırılmış Zaqatala sortlarında isə bu göstəricilər müvafiq olaraq 271; 273 və 330 sm, 110; 113 və 117 sm, 14; 14; və 16 ədəd, 325; 357 və 365 qr təşkil etmişdir.Qıça elementlərindən qıçanın uzunluğu, qıçada dən cərgələrinin sayı, cərgədə dən sayı və dən çıxımı müəyyən edilmişdir. Nümunələr arasında bu göstəricilər müvafiq olaraq 19,1-23,1 sm, 14-16 ədəd, 40-50 ədəd, 80,8-82,2% intervalında dəyişmiş,Zaqatala 68, Zaqatala 420və Yerli
Yaxşılaşdırılmış Zaqatalasortlarında isə müvafiq olaraq, 25, 24, 24sm,16; 14; 16 ədəd, 49; 51
ədəd və 82,7; 80,8; 81,6% təşkil etmişdir.
Yerli qarğıdalı hibridlərinin alınması üzrə tədqiqatlar davam etdiriləcək, növbəti mərhələdə ilkin olaraqseçilmiş valideyn cütləri(inbred xətlər və Zaqatala 68, Zaqatala 420, Yerli Yaxşılaş- dırılmış Zaqatalasortları) ZaqatalaBTS-dəəkilərək, onlar arasında tozlandırma aparılacaq, sonra isə müvafiq olaraq, həm Zaqatala BTS-də, həm də Şəki DM və Tərtər BTS-də hər kombinasiya üzrə alınan hibrid ailələri əkilərək, müsbət göstəricilərə malik nümunələr müəyyənləşdiriləcək  və həmçinin hibrid xətlər arasında diallel çarpazlaşdırma üsulu tətbiq edilib,alınmış F1 hibridlərin nəmliklə təmin olunmuş dəmyə, qismən nəmliklə təmin olunmuş dəmyə və suvarma şəraitlərində istehsalat sınağı keçiriləcəkdir.