ŞƏKİ DAYAQ MƏNTƏQƏSİNDƏ PAYIZLIQ BUĞDA SELEKSİYASININ PERSPEKTİVLƏRİ

Avropa ilə Asiyanın ayrıcında yerləşən Azərbaycan əlverişli təbii- coğrafi şəraitə, mülayim iqlimə, münbit torpağa, zəngin yeraltı və yerüstü sərvətə malikdir.  Bəşər tarixinin ən qədim və əsas kəşflərindən biri, insanlar üçün həyati məna kəsb edən əkinçilik mədəniyyətidir. Ərazimizin əlverişli təbii-coğrafi şəraitə malik olması burada qədim zamanlardan müxtəlif təsərrüfat sahələrinin yaranması və sonrakı inkişafına əsaslı zəmin yaratmışdır. Azərbaycan təkcə Qafqazda deyil, həm də Şərq ölkələri arasında ən qədim kənd təsərrüfatı ölkələrindən biri kimi tanınır. Burada hələ Neolit dövründə dəmyə əkinçilik əhalinin təsərrüfat həyatında əsas yerlərdən birini tutmuşdur.
Aqrar bölmənin əsas strateji sahələrindən olan taxılçılığın, xüsusən də buğdanın hər bir ölkənin, o cümlədən Azərbaycan Respublikası əhalisinin ərzaq təhlükəsizliyinin təminatında xüsusi yeri vardır.
Buğda əsas ərzaq bitkisi olaraq dünya əhalisinin böyük əksəriyyətinin qida mənbəyini təşkil etməklə həm istehsalına, həm də əkin sahəsinə görə dənli bitkilər içərisində aparıcı yerlərdən birini tutur. Respublikamızda əhalinin ərzaq tələbatının əsas hissəsini buğda unundan hazırlanmış məhsullar təşkil edir.
Əhalinin sayının sürətlə artdığı, qlobal iqlim dəyişikliklərinin baş verdiyi bir zamanda buğdanın biotik və abiotik amillərə davamlılığının və eləcə də bu aspektdə məhsuldarlığının və keyfiyyətinin yüksəldilməsi zərurəti meydana çıxmışdır.
Taxılçılığın inkişafı təkcə əkin sahələrinin artırılması hesabına deyil yüksək məhsuldar və keyfiyyətli yeni sortların yaradılması və onların istehsalata tətbiq edilməsi hesabına olmalıdır. Bu bir zərurət kimi seleksiyaçıların qarşısında durur. Bu problemin həlli yollarından biri kolleksiya materiallarının genetik xüsusiyyətlərindən daha səmərəli istifadə etmək yerli  buğda populyasiyalarını diqqətlə öyrənmək, dünyanın müxtəlif yerlərində yaradılmış sortların,  hibrid xətlərin yerli şəraitdə məhsul vermə imkanlarını və digər göstəricilərini müəyyənləşdirməklə yanaşı onlardan hibridləşmədə geniş istifadə etməkdir.
Kənd təsərrüfatı bitkilərinin, o cümlədən buğdanın məhsuldarlığının artırılması üçün istehsalın  texnoloji xüsusiyyətlərə malik sortlarla təmin olunmasında mühüm rol seleksiyanın üzərinə düşür. Böyük zaman kəsiyində buğda məhsuldarığının artım dinamikasının tədqiqi göstər- mişdir ki, bu artımda seleksiyanın payı 50%-dən artıq təşkil edir. Həmçinin Azərbaycan Respublikasının torpaq-iqlim şəraitinin müxtəlifliyi yüksək adaptasiya qabiliyyətinə malik buğda sortlarının yaradılmasını seleksiyaçılar qarşısında mühüm vəzifələrdən biri kimi qoyur. Məhsul- darlığın yüksəldilməsində iqtisadi cəhətdən ən səmərəli tədirlərdən biri seleksiya yolu ilə daha məhsuldar, yatmaya və xəstəliklərə davamlı, yüksək dən keyfiyyətinə malik yeni sortların yaradıl- masıdır. Lakin yüksək məhsuldarlıq potensialı, yüksək texnoloji xüsusiyyətlər, müxtəlif abiotik və biotik stress amillərinə davamlılıq əlamətlərinin bir genotipdə birləşdirilməsi seleksiya prosesində ən mürəkkəb məsələlərdən biridir.Buğda ekoloji baxımdan geniş becərilmə spektrinə və digər dənli bitki növlərilə müqayisədə adaptasiya xüsusiyyətlərinə görə fərqlənir.
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə seleksiya və toxumçuluq sahələrinin qarşısında da mühüm vəzifələr qoyulur.  Bu vəzifələrə ilk növbədə biotik və abiotik amillərə davamlı və sabit məhsuldarlıq göstəricilərinə malik intensiv və yarım-intensiv tipli payızlıq və fakultativ buğda sortlarının yaradılması, ilkin toxumçuluğun təşkili kimiməsələlər daxildir. Mühitin qeyri-əlverişli amillərinə və xəstəliklərə davamlı, yüksək keyfiyyətliliyi ilə fərqlənən qüvvəli buğdanın tələblərinə cavab verən yumşaq buğda sortlarının yaradılması olduqca vacibdir .
Əkinçilik ET İnstitutunda yerli və Beynəlxalq Mərkəzlərlə əməkdaşlıq əsasında introduksiya olunmuş buğda sortnümunələrindən ibarət zəngin genofond toplanmışdır. Bu genofonddan   biotik və abiotik streslərə davamlılığına, arxitektonikasına, məhsuldarlıq və dən keyfiyyəti göstəricilərinə görə nümunələr seçilmiş və seleksiyada ilkin material kimi istifadə edilir.  Təsərrüfat bioloji göstəricilərinə görə və müxtəlif ekoloji bölgələrə uyğun düzgün seçmə  aparmaqla və təkrar qiymətləndirilməklə çoxsaylı perspektiv formalar yaradılmışdır. Belə perspektiv formalar arasından morfobioloji göstəricilərinə görə müxtəlif aqroekoloji bölgələr üçün müvafiq nümünələrin ilkin müəyyənləşdirilməsi və sonrakı sınaqlarının birbaşa yerlərdə keçirilməsi ilə konkret şəraitəadaptasiya olan, kompleks müsbət göstəricilərə malik nümunələrin seçilməsi aparılır.
Agroekoloji şəraitin müxtəlifliyi səbəbindən ölkədə hər bölgə üçün müvafiq sortun yaradılması və toxumçuluğunun təşkili əhalinin taxıl 
məhsullarına tələbatının ödənilməsində əhəmiyyətli  olduğundan perspektiv sortnümunələrin müxtəlif aqroekoloji bölgələrdə sınaqdan keçirilməsi  həmin bölgə üçün daha səmərəlisinin seçilməsi üçün vacibdir.
Bitkilərin məhsuldarlığı vegetasiya ərzində ona təsir edən təbii faktorlardan, yaradılan
şəraitdən və bitkinin genetik xüsusiyyətlərindən asılıdır.
Ekoloji tarazlığın pozulması və təbiətdə abiotik stres amillərinin mövcudluğu respublikamızın bölgələrinə uyğun, daha plastik buğda sortlarının yaradılmasını tələb edir.
Şəki-Zaqatala bölgəsinin nəmliklə təmin olunmuş dəmyə şəraiti üçün qısa və orta boylu intensiv tipli payızlıq buğda sortları yaratmaq məqsədi ilə 1996-cı ildən Əkinçilik ET İnstitutunun Şəki Dayaq Məntəqəsində geniş miqyaslı seleksiya işləri aparılır .
Bu işlər təmin olunmuş dəmyə şəraitinə uyğun hibrid və sortların müəyyənləşdirilməsi, qısa boylu, intensiv tipli məhsuldar və yüksək keyfiyyətli sort yaradılması məqsədi ilə hazırda daha intensiv aparılır. Seleksiya pitomniki I (F2), Seleksiya pitomniki II (F3), Nəzarət pitomniki,Müsabiqəli sort sınağı və Artırma pitomniklərində öyrənilən nümunələr təsərrüfat bioloji göstəricilərinə görə qiymətləndirilir. İqlim şəraitindən asılı olmayaraq verilən ərazidə sabit məhsulun alınmasını təmin edən sortların yaradılma məqsədi ilə kompleks müsbət əlamətləri- tezyetişkənlik, bölgə üçün xarakterik olan əsas xəstəliklər, quraqlıq, soyuq və s. bu kimi biotik və abiotik stres amillərə davamlılığı, yüksək məhsuldarlığı və dən keyfiyyəti əlamətlərini özündə əks etdirən intensiv tipli, qısa və orta boylu olmaları ilə səciyyələnən nümunələrə üstünlük verilir. Şəki DM-də uzun illər ərzində məqsədyönlü və elmi əsaslarla aparılmış seleksiya işlərinin məntiqi nəticəsi kimi yaradılan və təsərrüfat şəraitində özünü təsdiqləyən yumşaq buğda sortlarının mövcud olması ilə yanaşı respublikamızın əsas taxılçılıq bölgələrində stress faktorların şərtləndirdiyi ekoloji  mürəkkəbliyin yüksək dən məhsulu alınmasında çətinlik törətdiyini nəzərə alaraq, yeni sortlar hesabına ölkədə taxıl istehsalının artırılmasına əsaslı zəmin yaratmaq məqsədi ilə bu istiqamətdə işlər genişləndirilir.
Əsas taxılçılıq bölgələrindən biri olan nəmliklə təmin olunmuş Şəki-Zaqatala bölgəsi üçün seleksiya işləri öz spesifikliyi ilə fərqlənir. Belə ki, bu bölgədə illik yagıntıların miqdarı 400 mm-dən baslayaraq (aşağı düzən aran ərazilərdə) 200 mm-ə (dağlıq və dağətəyi ərazilərdə) çata bilir ki, bu da buğdanın bir çox xəstəliklərinin əsasən kök çürüməsi xəstəlikləri, fuzarioz, helmintosporioz, septoriya, unlu şeh, sarı və qonur pas və s. inkişafi üçün əlverişli şərait yaradır. Müşahidələr göstərir ki, Şəki-Zaqatala bölgəsində tezyetişən sortlarla müqayisədə orta gecyetişən sortların becərilməsi daha məqsədəuyğundur .
Araşdırılmış ədəbiyyat məlumatlarına əsasən respublikamızda buğdanın seleksiyası üzrə  aparılan geniş miqyaslı tədqiqat işləri xüsusi əhəmiyyət daşıyır, nəmliklə müxtəlif dərəcədə təmin olunmuş aqroekoloji şəraitdə adaptasiya oluna bilən payızlıq buğda sortlarının  yaradılması aktualdır.
Bu baxımdan yüksək məhsuldarlığa və dən keyfiyyətinə malik, quraqlığa və əsasən sürmə, pas, unlu şeh, septorioz xəstəliklərinə davamlı orta tez yetişən yumşaq buğda sortlarının yaradılması məqsədi ilə Şəki DM-də hər il yüzlərlə yeni hibrid nəsilləri əkilərək, müsbət təsərrüfat bioloji göstəricilərinə görə seçilmiş nümunələr müvafiq pitomniklərdə tədqiq edilir.
Material və metodlar. Şəki Dayaq Məntəqəsi dəniz səviyyəsindən 401,0 m yüksəklikdə yerləşib, torpaqları əsasən dağ-çəmən toraq tipinə aid olub, humusun miqdarı 1,2-5,5% arasında dəyişir.
2016-2017-ci ildə Şəki DM-də Seleksiya pitomnikində (SP) 184, Nəzarət pitomnikində (NP) 23, Müsabiqəli sort sınağında (MSS) 24, Artırmada isə 1 nümunə olmaqla, ümumilikdə 232 sortnümunə öyrənilmişdir. Səpin Hibrid və Seleksiya pitomnikində toxumun miqdarından asılı olaraq müxtəlif ölçülü ləklərdə, Nəzarət pitomnikində təkrarsız 10 m2, Müsabiqəli sort sınağında isə 50 m2 sahəli ləklərdə 4 təkrarda aparılmışdır.
Səpin hektara 4 milyon ədəd cücərə bilən dən hesabı ilə 2016-cı il oktyabrın II ongünlüyündə, qara herikdə aparılmış, şum altına hektara 165 kq hesabıilə  mürəkkəb gübrə-ammofos, yemləmə məqsədilə ammoniumnitrat gübrəsi verilmiş, alaqlara qarşı herbisid çilənmiş, lazımi aqrotexniki tədbirlər həyata keçirilmişdir. Tədqiqatda standart olaraq bölgə üçün rayonlaşmış Şəki-1 sortu götürülmüşdür. Vegetasiya dövründə fenoloji müşahidələr aparılmış, xəstəlik və  zərərvericilərə davamlılıq qiymətləndirilmişdir.
Pas xəstəlikləri ilə sirayətlənmə SİMMİT və İKARDA-nın təlimatlarında tövsiyyə olunan Kobbun modifikasiya olunmuş şkalaları üzrə təyin edilmiş, məhsuldarlıq elementləri tamyetişkənlik fazasında götürülmüş nümunə dərzləri əsasında müəyyənləşdirilmiş, dən keyfiyyəti analizləri ƏETİ-nin “Dənin keyfiyyəti” laboratoriyasında ümumi qəbul olunmuş Dənin keyfiyyətinin qiymətləndirilməsi üzrə metodiki göstərişlər (1977) 
əsasında, sedimentasiya göstəricisi Pumpyanski, ümumi azotun miqdarı isə Keldal üsulu ilə təyin edilmişdir.
Nəticələr və onların müzakirəsi. 2016-2017-ci mövsüm ilində Şəki-Zaqatala bölgəsinin aqrometeoroloji şəraiti buğda bitkilərinin inkişafı üçün qənaətbəxş  olmuşdur.
                                 Yağıntıların miqdarı, mm (Şəki HMS, 2017).
 
 AylarI 
II
 
III
IVVVIVIICəmi
Yağıntıların miqdarı35.715.240.858.1125.7109.843.6428.9

   Seleksiya pitomnikində əkilmiş nümunələrin təbii şəraitdə xəstəlilklərə yoluxma səviyyəsi qiymətləndirilmiş, əkində əsasən sarı və qonur pas, unlu şeh xəstəlikləri qeydə alınmışdır.