BUĞDANIN NÖVLƏRARASI HİBRİDLƏRİNDƏ FORMAƏMƏLƏGƏLMƏNİN TƏDQİQİ

Buğda bitkisi (T.aestivum L., T.durum Desf.) Yer kürəsinin ən əhəmiyyətli və 
mədəniləşdirilmiş ərzaq bitkilərindən olub, əhalinin qidasının əsasını təşkil edir. Buğda, geniş  becərilən 3 əsas (düyü, qarğıdalı, buğda) dənli bitkilərdən biri olmaqla, dünya əhalisinin
36%-dən çox hissəsinin təxminən 2 milyardı üçün başlıca qida mənbəyidir. Dünyada buğdanın illik istehsalı təxminən 600 milyon tondur və 2020-ci ilə qədər bu rəqəmin 760 milyon tona çatacağı proqnozlaşdırılır. 2050-ci ildə isə dünya əhalisinin 9 milyarddan, buğda bitkisinə olan tələbatın isə 900 milyon tondan çox olacağı ehtimal edilir 
 Məlumdur ki, dünyada ən mühüm problemlərdən biri ərzaq çatışmazlığıdır və dünya əhalisinin bir milyarddan çoxu “xroniki” aclıqdan əziyyət çəkir. Buğda bitkisinə getdikcə artan tələbatın ödənilməsi, qlobal iqlim dəyişkənliyi nəticəsində artan abiotik və biotik stres amilləri (temperaturun yüksəlməsi, quraqlıq və ya su çatışmazlığı, torpaqların deqradasiyası, xəstəliklərin yeni raslarının yaranması və s.) fonunda olduqca çətindir. Odur ki, bu problemlərin həlli üçün dünyda mövcud olan genetik biomüxtəlifliklərdən səmərəli istifadə, yeni genetik mənbələrin axtarılıb tapılması, bir çox müsbət əlmətlərin daşıyıcıları olan yabanı əcdadların yeni sortyaratma prossesinə cəlb olunmsı və s. istiqamətlərdə geniş tədqiqatlar aparılır, növlərarası,cinslərarası hibridləşmələrdən istifadə olunur.
Məlum olduğu kimi Azərbaycanda Qafqaz florasının 65% və ya dünya florasının 11%-ni təşkil edən təqribən 4500 növ ali bitki qeydə alınmışdır ki, bunun da 25 növü taxıllar fəsiləsinə aiddir.
Akademik C.Əliyev və Z.Əkpərov göstərmişlər ki, Azərbaycanda uzun bir tarixi dövr ərzində yaradılmış qiymətli xalq seleksiyası nümunələrinin bir çoxu müasir seleksiya sortları  (bir sıra hallarda isə genidəyişdirilmiş bitkilər) tərəfindən sıxışdırılaraq itmiş və ya itmək təhlükəsi altındadır. Bu təhlükəni aradan qaldırmaq üçün məqsədyönlü tədqiqat işləri davam etdirilməlidir.
H.Kihara T. polonicum x T. spelta növlərarası ikinci (F2) nəsil hibridlərinin 422 bitkisində tədqiqatlar apararaq, xromosom sayı 28-dən 42-yə yaxınlaşdıqca sünbüldə dən sayının artdığını, 31 xromosomlu bitkidə isə ən aşağı olduğunu, 35 xromosomlu bitkidə isə sünbüldə dən sayına görə 50% fertillik müşahidə etdiyini göstərmişdir [6].
Digər tədqiqatçılar Triticum aestivum x Triticum durum növlərarası ikinci (F2) nəsil hibridlərinin sünbüldə dən sayının və kütləsinin ən aşağı həddinin 2n=33, 32 və 34 xromosomlu bitkilərdə olduğunu, ən yüksək nəticələrin isə 2n=28 xromosomlu bitkilərdə olduğunu göstərmişlər. Tədqiqatçılar növlərarası hibridlərdə müxtəlif formaların alındığını xüsusi ilə qeyd etmişlər. Bu formaların xromosom sayları sabit həddə çatınca aralıq formaların zaman keçdikcə müxtəlifsəbəblərdən sıradan çıxdıqlarını, 
eyni zamanda növlərarası hibridlərin 50%-nin steril olduğunu göstərmişlər.
Material və metodlar. Tədqiqatlarda 2011-2017-ci illərdə yerli mənşəli sortlardan 3 bərk buğda (Qaraqılçıq 2, Əlincə 84, Qarabağ) 1 yumşaq buğa (Azəri), xarici   mənşəli sortlardan isə 1 bərk buğda (Zatino-Fransa) və 3 yumşaq buğda (Pamyat-Rusiya, SH      Morg-İngiltərə və Fin buğdası-Finlandiya) sortlarından hibridləşmədə istifadə edilmiş və 
500-dən artıq ikinci nəsil (F2) hibrid bitkilərində bəzi kəmiyyət əlamətlərinin formalaşması tədqiq edilmişdir.
Tədqiqatlar Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Abşeron Yardımçı Təcrübə Təsərrüfatında, suvarma şəraitində, sələf paxlalı bitkilər olmaqla həyata keçirimişdir.
Hər bir xəttin əkin sahəsi toxum materialından asılı olaraq 1-8 m2 təşkil etmişdir. Təcrübə sahəsinə səpin qabağı şum altına hektara 100 kq fiziki çəkidə kompleks gübrə (nitrofoska), erkən yazda kollanma fazasında hektara təsiredici maddə hesabı ilə 90 kq ammonium-nitrat (NH4NO3) gübrəsi verilmişdir. Vegetasiya müddətində nümunələr boruyaçıxma (21.IV), sünbülləmə (17.V) fazalarında və dənin formalaşması (05.VI) mərhələlərində suvarılaraq təcrübə sahəsində bölgə üçün nəzərdə tutulmuş aqrotexniki qulluq işləri həyata keçirilmişdir.
Bitkilər üzərində müşahidələr və məhsulun struktur elementləri mövcud metodikaya uyğun olaraq həyata keçirilmişdir.
Nəticələr və onların müzakirəsi. Çarpazlaşmaya cəlb edilmiş müxtəlif coğrafi mənşəli 4 yumşaq və 4 bərk buğdanın ikinci nəsil hibridlərinin tədqiqi zamanı valideyin formalardan asılı olaraq müxtəlif əlamət və xüsusiyyətlərə ğörə (bitkinin boyu, sünbülün forması, iriliyi,  rəngi, qılçıqlılığı, dənin forma və rəngi) geniş spektrdə förmaəmələgəlmə müşahidə olunmşdur. Belə ki, parçalanma nəticəsində hibridridlərdə valideyin formalara oxşarlıqla yanaşı, pərinc və turgiduma bənzər formalar, aralıq fərdlər üstünlük təşkil etmişdir. Bərk buğdanın yerli mənşəli Əlincə 84 sortu ilə yumşaq buğdanın Finlandiya mənşəli Fin buğdası arasında aparılan çarpazlaşma nəticəsində (Əlincə 84 x Fin buğdası) alınmış ikinci nəsil hibridlərdə pərincin (2n=2x=14) müxtəlif (qılçıqlı, qılçıqsız, qabıqdan asan ayrılan, çətin ayrılan, sünbülün və dənin rənginə görə fərqlənən) formaları,eləcə də yumşaq və bərk buğdanın müxtəlif növmüxtəlifliklərinə aid genotiplərin əmələ gəlməsi müşahidə edilmişdir
Geniş formaəmələgətirmə xüsusiyyəti ilə yerli yumşaq buğda Azəri və Fransa mənşəli Zatino bərk buğda sortlarının çarpazlaşmasından alınmış kombinasiya (Azəri x Zatino) fərqlənmişdir. Parçalanma nəticəsində yumşaq və bərk buğdanın qılçıqlı və qılçıqsız, aralıq, dənin və sünbülün rənginə və s. görə fərqlənən genotiplər müşahidə edilmişdir (şəkil b.)
Qeyd etmək lazımdır ki, parçalanan formaların bir çoxu tam steril və yarım steril olmuş, ayrı-ayrı fərdlərdə fertillik 47,6-57,7% arasında dəyişmişdir.
Analoji nəticələr digər hibrid kombinasiyalarda da Pamyat (Rusiya) x Qaraqılçıq2 
(Azərbaycan)SH Morg (İngiltərə) x Qaraqılçıq 2 (Azərbaycan), Qarabağ (Azərbaycan)
Fin buğdası (Finlandiya) qeydə alınmışdır.

Növlərarası (Əlincə 84 (2n=4x=28) x Fin buğdası (2n=6x=42) və (Azəri (2n=6x=42) Zatino (2n=4x=28)) ikinçi nəsil (F2) buğda hibridlərində müxtəlif biomorfoloji  formalar
Tədqiq olunan hibridlərədə yuxarı nəsillərə doğru gietdikcə fertilliyin səviyyəsi xeyli yüksəlmiş, bəzi altıncı (F2) nəsil sabitləşmiş xətlərdə 
bu göstərici 70,0-90,0%-ə çatmışdir.
2016-2017 ci illərdə, nisbətən sabitləşmiş 78 xətt üzərində aparılmış tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, intensiv seçmə nəticəsində yeni yardılmış bərk buğda hibridlərində bir sünbüldə dən sayı 50,5-59,5 ədəd, 1000 dənin kütləsi 59,2-64,4
q.-a qədər yüksəlmişdir.
Aparılmış tədqiqatlar nəticəsində tədqiq olunan hibrid xətlər müxtəlif əlamətlərə görə qiymətləndirilmiş, transqressiv əlamətlərə görə seçilmiş 10 hibrid xətt seçlərək seleksiya proqramına daxil edilmişdir.