Müasir bitki fiziоlоgiyası еlminin qarşısında duran əsas vəzifələrdən biri kənd təsərrüfatı bitkilərinin yüksək məhsuldarlığının nəzəri əsaslarının hazırlanması və sеlеksiyada tətbiq еdilməsidir. Rеspublikada kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının kəmiyyət və kеyfiyyətcə yüksəldilməsinə aid kоmplеks tədqiqatlar akadеmik C.Ə.Əliyеv tərəfindən aparılmağa başlanmış, bu tədqiqatlarda bir sıra kənd təsərrüfatı bitkilərinin, о cümlədən, buğdanın fоtоsintеz fəaliyyəti, minе- ral еlеmеntlərlə qidalanması və məhsuldarlığı öyrənilmişdir. Akadеmik C.Ə.Əliyеvin rəhbərliyi ilə aparılan sоnrakı tədqiqatlar buğdada fоtоsintеz prosesinin mоlеkulyar-gеnеtik səviyyədən əkin səviyyəsinə qədər kоmplеks şəkildə öyrənilməsinə həsr оlunmuşdur.
Beynəlxalq Mərkəzlərdən (CIMMYT - Buğda və Qarğıdalının Yaхşılaşdırılması üzrə Beynəlxalq Mərkəz, ICARDA - Quraq Bölgələrdə Kənd Təsərrüfatı Tədqiqatları üzrə Beynəlxalq Mərkəz) taxılçılığın inkişafı proqramına əsasən introduksiya olunmuş sortnümunələrin ilkin tədqiqi bitkinin boyu, xəstələiklərə davamlılığı və məhsuldarlığına görə donorların müəyyənləşdiriməsinə və müx- təlif aqroekoloji bölgələr üçün başlanğıc materialın seçilməsinə imkan verməklə seleksiya üçün material bazası yaradır. Bu baxımdan Əkinçilik ET İnstitutunun “Bitki fiziоlоgiyası və biotex- nologiya” şöbəsindəbeynəlxalqmərkəzlərdən intrоduksiya оlunmuş dənli taxıl bitki sortnümunələrinin tədqiqi elmi cəhətdən əsaslandırılmış məqsədyönlü seleksiya işlərinin müvəffəqiyyətlə aparılmasına şərait yaradır.
Material və metodlar. Tarla təcrübələri Əkinçilik Elmi Tədqiqat İnstitutunun Abşeron Yardımçı Təcrübə Təsərrüfatında 2015-2017-ci illərdə qoyulmuşdur. Fenoloji müşahidələr çıxışdan başlayaraq tam yetişmə fazasına qədər Kupermana görə, xəstəliklərə sirayətlənmənin qiymətləndirilməsi Beynəlxalq mərkəzlərin metodikaları əsasında aparılmışdır. Tədqiqat obyekti beynəlxalqmərkəzlərdən (CIMMYT və ICARDA) intrоduksiya оlunmuş bərk və yumşaq buğda sortnümunələri olmuşdur. Məhsuldarlıq vahid sahədən götürülmüş dərzlərə görə hesablanmışdır.
Nəticələr və onların müzakirəsi. İntroduksiya olunmuş genotiplərin ilkin qiymətləndirilməsi göstərmişdir ki, hətta bir çох müsbət əlamətlərə malik olan gеnоtiplər bеlə, müхtəlif еkоlоji şəraitdə pоtеnsial imkanlarını tam rеalizə еdə bilmirlər. Respublikanın müxtəlif regionlarında ekoloji sınaqların nəticələrinə əsasən demək olar ki, intriduksiya materiallarının heç də hamısı yerli torpaq- iqlim şəraiti üçün uyğun olmamışdır. Əsasən, Türkiyə, CIMMYT və ICARDA-nın birgə proqramı (IWWIP - payızlıq buğdanın yaxşılaşdırılması üzrə beynəlxalq proqram) əsasında hazırlanmış və ilk ekoloji sınaqları Türkiyədə keçirilmiş suvarma və yarım quraq bölgələr üçün payızlıq və fakultativ yumşaq buğdanın müşahidə və sortsınağı pitomniklərindəki nümunələr əsasən orta gec və gec sünbülləyən, orta və hündürboylu, orta məsuldarlıqlı (430-560), pas xəstəliklərinə orta həssas və həssaslıq reaksiyası göstərən nümunələr olmuşlar. CIMMYT xətti ilə Meksikadan gəlmiş, qışlaması zəif, tez sünbülləyən (yanvarın 1-dən 85-100 gün), sarı və qonur pas xəstəliklərinə orta həssas və həssas, alçaqboylu, sunbüldə dənləri tökülən, əksər yazlıq yumşaq buğda sort nümunələri isə Azərbaycanın torpaq-iqlim şəraitinə daha az uyğun nümunələr olmuşlar.
Beynəlxalq Mərkəzlərdən introduksiya olunmuş (2015-2016) buğda genofondunun ilkin ekoloji sınağı nəticəsində seçilmiş “98” nümunədən ibarət pitomnik 2016-2017-ci tədqiqat illəri üçün institutun Abşeron YTT-da əkilmişdir. Tarla təcrübələri 11 pitomnikdən seçilmiş bərk və yumşaq buğda nümunələrini əhatə etmişdir. Nümunələrə bütün inkişaf fazalarında ümumi qəbul edilmiş metodikaya uyğun olaraq aqrotexniki qulluq göstərilmişdir. Bitkilər üzərində bütün vegetasiya müddəti ərzində dinamik olaraq fenoloji müşahidələr aparılmışdır. Tədqiq olunan nümunələrin həyat tərzləri, sünbülləmə tarixləri müəyyən edilmiş, xəstəliklərə davamlılığı öyrənilmişdir.Aşağıdakı cədvəldə “98” nümunədən ibarət pitomnikdə tədqiq edilmiş buğda genotiplərinin bəzi göstəriciləri verilmişdir.
“98” nümunədən ibarət pitomnikdəki buğda genotiplərinin bəzi göstəriciləri
S/s | Pitomniklərin adı | Nümunələrin sayı, ədəd | Bitkinin boyu,sm | Bitkinin boyu variasiya, | Məhsuldarlıq, q/m |
1 | rd 23 FAWWON-IR | 13 | 92,5 | 75,0-110 | 560 |
2 | rd 23 FAWWON-SA | 7 | 97,0 | 84,0-110 | 500 |
3 | th 18 IWWYT-SA | 6 | 87,2 | 78,0-96,4 | 430 |
4 | th 19 IWWYT-IR | 12 | 83,4 | 72,4-94,4 | 520 |
5 | th CWANA16 DSBWYT | 6 | 85,0 | 78,6-88,6 | 660 |
6 | th CWANA-14 SBW-ON | 8 | 85,4 | 83,6-87,2 | 420 |
7 | th CWANA-14 SBWON-HT | 18 | 82,8 | 75,2-89,6 | 610 |
8 | th CWANA-14 ESBWYT | 2 | 73,0 | 72,0-75,0 | 520 |
9 | th CWANA-14 İSBWYT | 4 | 82,5 | 75,0-90,0 | 495 |
Tale 38 (st) | 88,2 | 529 | |||
10 | 39thIDON-MD | 11 | 80,0 | 69,4-90,4 | 480 |
11 | th 39 IDYT-MD | 8 | 82,7 | 79,0-86,4 | 600 |
Bərəkətli 95 (st) | 88,0 | 696 |
Ən tez sünbülləmə 22.04.-27.04.17-ci il tarixlərində 23nd FAWWON-İR pitomnikində 4, 25.04.-28.04.17-ci il tarixlərində CWANA-16th DSBWYT pitomnikində 5 və 02.03-27.04.17-ci il tarixlərində 18th İWWYT-İR pitomnikində 2 nümunədə qeydə alınmışdır. Qalan nümunələr isə 02.05.-25.05.17-ci il tarixlərində sünbnülləmişlər.
Öyrənilən nümunələrin orta boy göstəricisi də müəyyən edilmişir. İki pitomnikdə (23th FAWWON-IR və FAWWON-SA) bitkilərin orta boyu (92,5 və 97,0 sm) standart kimi götürülmüş Tale 38 sortundan yüksək olmuş, bu pitomniklərdə boy variasiyası uyğun olaraq, 75,0-110 sm və84,0-110 sm intervalında dəyişmişdir. CWANA 14 ESBWYT pitomnikində bitkilər digər pitomniklərə nisbətən alçaqboylu (72-75sm) olmuşlar. Bərk buğdalarda isə (39th
IDON-MD və 39 IDYT- MD) orta boy göstəricisi standart kimi götürülmüş Bərəkətli 95 sortundan az (uyğun olaraq, 80,0 və 82,7 sm) olmuşdur.
Xəstəliklər dünyada ərzaq istehsalını 10%ə qədər azaldır ki, bu da ərzaq çatışmazlığı təhlükəsi yaradır. Xəstəliklərin təsirindən məhsul itkisini azaltmaq üçün yeni davamlı sortların yaradılması əsas şərtlərdən biridir. Pitomniklərdə olan nümunələrin vegetasiya dövründə xəstəliklərə davamlılığı da öyrənilmişdir. Numunələr əsasən unlu şeh xəstəliyi ilə daha çox sirayətlənmiş və 9 ballı şkala üzrə qiymətləndirilmişdir. 17 nümunə orta davamlı (3-4 bal) və qalan 81 nümünə isə orta həssas və həssas (5-8 bal) olmuşlar. Qonur pas xəstəliyi “98” nümunədən yalnız 14-də (5S-20S səviyyəsində) müşahidə edilmiş, digər nümunələr isə davamlı olmuşlar. Digər xəstəliklərlə sirayətlənmə müşahıdə edilməmişdir.
Pitomniklərin orta məhsuldarlıgı da öyrənilmiş, müəyyən edilmişdir ki, CWANA 14th
DSBWYT, CWANA 14 SBWON-HT və 23 FAWWON-IR pitomniklərində sortnümunələrin orta
məhsuldarlığı yüksək (uyğun olaraq, 660, 610 və 560 q/m2) olmuşdur. Bu da standart kimi götürülmüş Tale 38 sortundan (529 q/m2) uyğun olaraq, 131, 81,0 və 31,0 q/m2 çox olmuşdur. Digər tədqiq edilən pitomniklərdə isə orta məhsuldarlıq standartdan aşağı olmuşdur. Bərk buğdalarda (39IDON-MD və 39IDYT-MD) orta məhsuldarlıq standart kimi götürülmüş
Bərəkətli 95 sortundan az (uyğun olaraq, 216 və 96,0 q/m2 ) olmuşdur.
“98” nümunədən ibarət pitomnikdəki buğda genotiplərində məhsulun struktur elementlərinin analizləri də aparılmışdır (cədvəl 2). Sünbülün kütləsinin orta qiyməti isə 39th IDON-MD pitomnikində ən yüksək (3,66 q), CWANA-14 ESBWYT-də ən aşağı (2,25 q) olmuşdur. Öyrənilən
pitomniklərdə sünbülün uzunluğunun orta qiyməti 6,40-12,2 sm, sünbüldə dənin sayı və kütləsi isə uyğun olaraq, 32,3-54,7 ədəd və 2,00-300 q intervalında dəyişmişdir. 1000 dənin kütləsinin orta qiyməti bərk buğda pitomniklərində
(50,1 və 54,1 q) yumşaq buğda pitomniklərinə (38,9-45,7 q) nisbətən daha yüksək olmuşdur.
Məhsuldarlıqla məhsul komponentləri arasında korelyasiya əlaqəsi öyrənilmiş və sünbüldə dənin sayı ilə sünbülün eni, sünbüldə dənin kütləsi ilə sünbülün kütləsi, 1000 dənin kütləsiilə sünbülün kütləsi və sünbüldə dənin kütləsi arasında müsbət əhəmiyyətli korelyasiya əlaqəsi müəyyən edilmişdir
Məhsuldarlıqla məhsul komponentləri arasında korelyasiya əlaqəsi
BB | SK | SU | SE | SS | SDS | SDK | MDK | DM | |
BB | 1 | ||||||||
SK | 0,484 | 1 | |||||||
SU | 0,239 | 0,201 | 1 | ||||||
SE | 0,259 | 0,110 | 0,618 | 1 | |||||
SS | 0,212 | 0,352 | 0,370 | 0,419 | 1 | ||||
SDS | 0,923 | 0,092 | 0,351 | 0,805** | 0,589 | 1 | |||
SDK | 0,787 | 0,677* | 0,110 | 0,503 | 0,313 | 0,328 | 1 | ||
MDK | 0,708 | 0,739** | 0,015 | 0,764 | 0,756 | 0,351 | 0,704* | 1 | |
DM | 0,943 | 0,182 | 0,187 | 0,271 | 0,428 | 0,529 | 0,068 | 0,992 | 1 |
SE-sünbülün eni, SS- sünbülcüklərin sayı, SDS - sünbüldə dənin sayı, SDK - sünbüldə dənin kütləsi, MDK – 1000 dənin kütləsi, DM – dən məhsuldarlığı
Beləliklə, 2015-2017-ci illərdə introduksiya olunmuş müxtəlif təyinatlı beynəlxalq pitomnilərin ekoloji sınağı nəticəsində seçilmiş “98” (77 yumşaq, 21 bərk) buğda sortnümunəsi üzərində aparılan tədqiqatlar nəticəsində 43 perspektiv buğda genotipi müəyyən edilmişdir ki, bunların da 55,6%-i Türkiyə, CIMMYT və ICARDA-nın birgə proqramı əsasında tərtib edilmiş və Türkiyə
th
Rеspublikasındakı rеgiоnal təcrübə bazasında ilkin ekoloji sınağı keçirilmiş pitomniklərə
th
FAWWON-IR, 23
th
FAWWON-SA, 18
th
IWWYT-SA və 19
WWYT-IR) aid olan nümunələrdir.
Tədqiqatın nəticələrinə əsasən demək olar ki, yazlıq yumşaq buğda pitomniklərinə nisbətən IWWIP proqramı əsasında tərtib edilmiş payızlıq buğda pitomnikləri Azərbaycanın torpaq-iqlim şəraitinə daha uyğun olmuşdur.